Ruhaninin köməkçisi "azərilər türk deyil" dedi, ara qarışdı

 

Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur və Hadi Bahadırın Prezident Həsən Ruhaniyə ünvanladığı məktuba 50 türk əsilli deputat imza atıb.

 

Axar.az xəbər verir ki, millət vəkilləri Ruhaniyə yazılmış məktubda onun köməkçisi Əli Yunusinin "azərilər türkcə danışan farsdır” sözlərinə sərt reaksiya veriblər.

 

"Yunusinin İrandakı azlıqlarla bağlı bu açıqlamaları ölkə təhlükəsizliyinə zərər verir. Quranda da irqi ayrı-seçkilik etmək böyük günah hesab olunur. Onun bu məktubu azəri, türkman, qaşqay, xəzər kimi türk dilində danışan, ölkənin təxminən 40 faizini təşkil edən Türk qövmünə böyük təhqirdir”, - məktubda deyilir.

 

Qeyd edək ki, Yunusi açıqlamasında "Azərilər 300 ildir ki, türkcə danışırlar, onlar farsdırlar və əvvəllər də fars dilində danışıblar” deyərək, absurd iddia səsləndirmişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300