FİFA futbol qaydalarını dəyişdirir  

 

FİFA futbol qaydalarında yeni dəyişiklər etməyi planlaşdırır. Məlumata görə, ali futbol qurumu bu qaydaları öncə aşağı yaş qrupu üzrə komandalar arasında keçirilən oyunlarda tətbiq edəcək.

Birinci dəyişiklik əvəzetmələrə aiddir. Hazırkı qaydalara əsasən, əvəzlənən futbolçu dördüncü hakimin yanından meydanı tərk etməlidir. Yeni qərara görə, oyunçu referinin işarəsindən sonra ən yaxın yerdən meydançadan çıxacaq.

İkinci dəyişiklik məşqçilərin də sarı vərəqə ilə cəzalandırılmasını ehtiva edir. Mövcud durumda çalışdırıcılar intizamsız davranışa görə birbaşa meydandan qovulurlar. Bundan sonra isə əvvəlcə "sarı” ilə cəzalandırılacaq, sonra tribunaya göndəriləcəklər.

Son dəyişiklik isə qapıdan zərbə ilə bağlıdır. İndiki qaydalara əsasən, qapıçı topu oyuna daxil edərkən mütləq topu cərimə meydançasının kənarına ötürməlidir. Dəyişiklik zamanı qolkiperlər cərimə meydançası daxilində olan komanda yoldaşına da ötürmə verə biləcəklər. Ancaq ötürmə anında rəqib futbolçu cərimə meydançasına daxil ola bilməyəcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300