Narkotik tacirləri saxlanılıb    

 

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

DİN-in mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Cəlilabad şəhərinin ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Rüstəmov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 50 qram narkotik vasitə olan heroin aşkar edilib. Onun yaşadığı evdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı isə əlavə olaraq 100 qramdan artıq heroin, 4,221 qram tiryək, 20 qramdan çox "Metamfetamin”, həmçinin 1 ədəd elektron tərəzi də aşkar edilərək götürülüb.

Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Ravin Əliyev 2,42 qram marixuananı satarkən cinayət başında yaxalanıb. Şəxsi axtarış zamanı ondan 2,25 qram, idarə etdiyi "VAZ-2107” markalı avtomobildən isə əlavə 473 qram marixuana aşkar edilib.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300