Tramp: "Yaxın vaxtda Suriyadan çəkiləcəyik"

ABŞ prezidentiDonald TrampOhayo ştatında təşkil olunan mitinqlərin birində çıxışı zamanı ABŞ qüvvələrinin yaxın zamanda Suriyadan çəkiləcəyini bildirib.

 

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın iqtisadi vəziyyəti barədə danışarkən bu məsələyə toxunan Tramp Suriyadakı "Xəlifəlik" adlandıran rejimi tamamilə bitirəcəklərini deyib:"Suriyadan çox yaxın zamanda çıxacağıq. Çox yaxında. Artıq onunla bölgədəki digər insanlar maraqlansınlar. "Xəlifəlik" deyə adlandırdıqları şeyi yüz faiz bitirəcəyik. (İŞİD-in əlindən) Hamısını geri alacağıq".

 

ABŞ ordusunun İŞİD üzərindəki qalibiyyətindən də danışan Tramp İŞİD-ə qarşı mübarizənin son mərhələsinə çatdıqlarını dilə gətirib.

 

Qeyd edək ki, Tramp ötən ay çıxışlarının birində ABŞ ordusunun Suriyadan qısa zamanda ayrılacağını demiş, lakin geri çəkilmə prosesinin detallarından bəhs etməmişdi.

 

Digər bir tərəfdən Trampın açıqlamasından sonra mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandıran ABŞ Xarici İşlər Nazirliyinin sözçüsüHizer Noyertprezidentin sözügedən açıqlaması ilə bağlı məlumatlı olmadıqlarını bildirib.

 

Noyert jurnalistlərdən birinin, "Sincardakı son vəziyyəti şərh edə bilərsinizmi? PKK bölgədən ayrıldığını deyir, amma Türkiyə hələ də təhdid edir. Sizin məlumatınıza görə orada vəziyyət nə yerdədir?", sualına XİN sözçüsü PKK-nın adını çəkmədən belə cavab verib:"Sincarda bəzi qrupların olduğuna dair xəbərləri gördük. Sincarı bir çoxumuz yezidi kürdlərinə görə xatırlayırıq. Orada yaşayanların bəziləri xilas olmaq məcburiyyətində olan, bəziləri də İŞİD tərəfindən vəhşicəsinə öldürülən yəzidilərdir".

 

Türkiyənin bəzi qrupların Şimali İraqda olmasına görə narahatlığını anlayırıq deyən Noyert İraqda aparılacaq hər hansı bir əməliyyatın İraq hökumətinin razılı əsasında gerçəkləşdirilməsinin tərəfdarı olduqlarını söyləyib.

 

XİN sözçüsü PKK-nın Sincardan çıxıb çıxmaması ilə bağlı sualı isə cavabsız qoyub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300