"ABŞ bunu edərsə...” –Moskvadan dünyaya çağırış kimi BƏYANAT

 

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitə sədrinin 1-ci müavini Vladimir Cabarov "Skripal işi” ilə əlaqədar Rusiyanın ABŞ-dakı aktivlərinin mümkün həbsini şərh edib.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, senatorun sözlərinə görə, bu, beynəlxalq investorların ABŞ-dan kütləvi axınına gətirib çıxaracaq.

"İlk növbədə Çin və başqa ölkələrin investorları ABŞ-ı tərk edəcək. Rusiya aktivlərinin həbsi dəqiq siqnal olacaq ki, Amerika iqtisadiyyatına pul qoymaq təhlükəlidir və şəxsi kapital orada heç bir qanunla qorunmur”, - Cabarov bildirib.

Картинки по запросу Vladimir Cabarov

 

Onun sözlərinə görə, Rusiya aktivlərinin mümkün həbsi silahlı hücumla müqayisə ediləcək.

"Bu, əsl soyğundur. Quldurlar belə hərəkət edirlər: hücum edirlər və əmlakı ələ keçirirlər”, - senator deyib.

Daha əvvəl ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman "Skripal işi”nə görə Rusiyanın ABŞ-dakı aktivlərinin həbsi imkanını istisna etməyib.

Картинки по запросу “Skripal ià Ÿi”

 

Xatırladaq ki,martın 4-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal və onun qızı Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

London Sergey Skripal və qızının zəhərlənməsində birbaşa Rusiyanı ittiham edib. Bir çox ölkə Britaniya ilə həmrəylik nümayiş etdirərək Rusiya diplomatlarının deportasiyası haqqında qərar qəbul edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300