Cavid Qurbanov hansı şairin şerini oğurlayıb?

 

Əməkdar artist Babək Niftəliyevin oxuduğu "Sənsiz keçən günlər" adlı mahnıyla bağlı maraqlı məqam ortaya çıxıb.

 

Bu barədə Ölkə.Az saytı məlumat yayıb.

 

Məlumata görə, bir neçə gün öncə "Space" telekanalında Kamran Həsənlinin aparıcılığıyla yayımlanan "Onda başladıq" verilişində müzakirəyə çıxarılmış mahnının sözlərinin müəllifi, əslində, Anar adlı şairdir.

 

Anar imzası ilə yazan şair efirdə bildirib ki, hətta sözügedən şeir onun bir neçə il öncə çap etdirdiyi kitabında da yer alıb.

 

Məlum olub ki, tanınmış skripka ifaçısı Maestro Ceyhun mahnını şairin sözlərinə bəstələyib.Lakin mahnı hazır olandan sonra söz müəllifi kimi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun (Klipin titrlərində Cavid kimi göstərilib) adı yazılıb.

 

İddia edilir ki, Babək Niftəliyevin ifa etdiyi mahnının klipinə maliyyə dəstəyini də C.Qurbanov verib.

 

Bir neçə gün öncə B.Niftəliyev "Onda başladıq" verilişində baş verənlərdən xəbərsiz olduğunu bildirmişdi.

 

Maestro Ceyhun isə iddialara münasibət bildirmək istəməyib.

 

Cavid Qurbanov da məsələyə münasibət bildirməyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300