Samir Şərifovun manat "qətli” üç ilə bizi bu günə qoyub – İlginc rəqəmlər/Cədvəl

Devalvasiya sonrası illərdə əsas qida məhsullarının bir qisminin qiymət dinamikası açıqlanıb.

Xalqxeber.Az xəbər verir ki, bu xüsusda Fia.az-ın yazdığına görə, 2015-2018-ci illər arasındakı bahalaşmanın ümumiləşdirilmiş qrafiki heyrət doğurur.

Bu, hələ "Statkom”un məlumatı əsasında hazırlanıb və orta qiymətlərdir. Onlar da qiymətləri bir qədər ucuz göstərirlər, bəzilər realdır. Biz də həmin qiymət cədvəlini sizə təqdim edəcəyik.

Ancaq siyahıya baxanda belə nəticə hasil olur ki, üç il ərzində gedən dəhşətli bahalaşma büdcəmizə nəinki ziyan vurub, ağır zərbələr endirib.
Ona görə də əhali manatın dəyərsizləşməsindən sonra özünü toparlaya bilmir. Bazarlardakı bahalıq, istehlak zənbilində xərclərin çoxalması bu tariflərə uyğundur.

Çünki insanlar üç ildə sürətlə yoxsullaşıb, xərclər artıb, ucuzlaşma çox cüzi gedib, maaşlar qalxmayıb, işsizlərin sayı çoxalıb. Odur ki, devalvasiya iqtisadi vəziyyətimizi kəskin pisləşdirib.

Bunun səbəbkarı hökumətin iqtisadi blokundakı məmurlardır. Başda maliyyə naziri Samir Şərifov olmaqla yanlış valyuta siyasəti əhalinin orta təbəqəsinin ləğvinə səbəb olub.

Onun istərsə manatın fətvasını verməsi, istərsə Beynəlxalq Bankda gedən maliyyə cinayətlərində rolu dəfələrlə vurğulanıb.

Şərifova mətbuatda və sosial şəbəkələrdə ölkənin maliyyə sistemini pozması, manatı məhv etməsi, yanlış valuya siyasəti yürütməsi barədə tənqidlər arı sancması qədər adidən adidir.

Hazırki vəziyyətdə də hakimiyyətin iqtisadi imicinə ciddi zərbə vuran olaylarla bağlı maliyyə nazirinin məsuliyyətinun unudulduğunu düşünmək olmaz.

Hər halda baş verənlər çox yaxın tarixin hadisələridir və nəzərə alsaq ki qarşıdan gələn prezident seçkilərindən sonra hökumətin tərkibində ciddi dəyişikliklər olacağı gözlənilir, o zaman maliyyə nazirinin siyasi durumunun kövrək olduğu aydınlaşar.

Əslində, elə indinin özündə də S.Şərifovu "portfelsiz nazir” adlandırmaq olar. Məlumata görə, hazırda S.Şərifovun bank sektoruna nəzarətdən tam kənarlaşdırılıb və bu işi Banklara Nəzarət Palatası həyata keçirir.

Onun təkcə bank sektorundan deyil, iri maliyyə vəsaitlərinin bölüşdürülməsindən də kənarda saxlanıldığı barədə iddialar var. Bu isə S.Şərifovun da Z.Məmmədov kimi hakimiyyətdə etimad limitini itirdiyinə işarədir.

Qeyd edək ki, "2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda "Əsas bölmələrə aid edilməyən sair xərclər”in tərkibində "İslahatlarla bağlı xərclər” adı ilə 833 milyon 700 min manat vəsait nəzərdə tutulub.

İqtisadçı Qubad İbadoğlu yazıb ki, bundan əlavə, büdcədə 80 milyon manat vəsait də "Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi sahəsində islahatlar” adı ilə rəsmiləşdirilib. Deməli, bu ilin büdcəsində bütövlükdə islahat xərcləri 913,7 milyon manat təşkil edir.

İqtisadçı qeyd edir: "Nəinki islahat proqramı və komandası, hətta islahat aparmaq üçün siyasi iradəsi olmayan hazırkı hakimiyyətin bu qədər vəsaiti necə və hara xərcləyəcəyi ilə bağlı açıqlama vermədən büdcəyə salması daha çox korrupsiya məqsədlərinə xidmət edə bilər.

Çox güman ki, strateji yol xəritələrinin icrasının maliyyələşdirilməsi adı ilə bu vəsait il ərzində israf olunacaq və onun böyük bir hissəsi də ayrı-ayrı icraçılar tərəfindən mənimsəniləcək.

Əgər belə olmasaydı 833,7 milyon manat gizli şifrə ilə büdcəyə salınmazdı, onun açılışı və təsnifatı verilərdi.Yeri gəlmişkən bu məsələ ilə əlaqədar iki suala cavab istərdim.

Birincisi, islahatlar kimi önəmli məsələni hökümət nədən əsas bölməyə aid edilməyən sair xərclər adı ilə rəsmiləşdirir? Bu elə mövcud hakimiyyətin islahat məsələsinə olan münasibətinin göstəricisi deyilmi?”

Bu il də manatın məzənnəsi Dövlət Neft Fondunun satdığı dolların məbləğindən və deməli, neft gəlirlərimizin həcmindən asılıdır. 2018-ci ildə isə Mərkəzi Bank üçün çətin aylar mart, avqust və ilin son ayı olacaq.

Maliyyə naziri manatın möhkəmlənməsi üçün təzyiqlərin olduğunu bildirib. Bir müddət öncə isə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar təşkilatı tərəfindən bu ay keçirilən sorğu və hazırlanan hesabatda Azərbaycan milli valyutasının dollara nisbətən kursunun 2018-ci ildə 1.59-dək yüksələcəyi qeyd olunmuşdu.

Mərkəzi Bankın mövqeyi dəyişməyib: əgər qlobal şoklar baş verməzsə o zaman 2018-ci ildə il manat dəyər itirməyəcək. Deməli, bu il manatın məzənnəsi daha çox neftin qiymətindən asılı olacaq.

Amma bütün hallarda manatın yenidən möhkəmlənməsi qeyri-neft ixracatı və iqtisadiyyatın diversifikasiyası baxımdan arzuolunan deyil. O baxımdan, iqtisadi baxımdan mövcud məzənnəni qoruyub saxlamaq daha məntiqi olardı.

Son proseslər də göstərir ki, Mərkəzi Bank manatın yenidən kəskin möhkəmlənməsində maraqlı görsənmir. Baş bank üçün mövcud məzənnəni qoruyub saxlamağın daha prioritet olduğu hiss edilir.

Əslində, hökumətə təqdim etdiyimiz təkliflərdə manatın möhkəmlənməsi deyil, mövcud məzənnənin qorunub saxlanması və bunun müqabilində 2015-ci ildə hazırladığım "üç tərəfli” mexanizm əsasında xarici valyutada kreditləri olan vətəndaşlarımıza bu il kompensasiyaların verilməsi öz əksini tapıb.

Samir Şərifovun manat “qətli” üç ilə bizi bu günə qoyub – Şok rəqəmlər/Cədvəl

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300