Borçalı Cəmiyyəti Novruz tonqalı ətrafında AFRİN mesajı verdi - FOTOLAR » Ulu Yol Xəbər portalı

         Borçalı Cəmiyyəti Novruz tonqalı ətrafında AFRİN mesajı verdi- FOTOLAR

 

Martın 19-da Borçalı Cəmiyyəti ofisinin həyətində Novruz şənliyi ilə eyni zamanda Afrində terrorizmə qarşı savaşan mehmetçiyə də dəstək aksiyasına start verilib.

 

"Cəmiyyət"in İH-nin qərarı ilə " Mehmetçik qardaşımdır, oğlumdur" devizi altında Afrində terrorizmə qarşı savaşan Türk əsgərinə maddi mənəvi yardım kampaniyasına başlanmışdır. Tədbiri giriş sözü ilə Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli açaraq xalqımızı və bütünlükdə Türk Dünyasını bayram münasibətilə, eləcə də Afrin zəfəri ilə bağlı təbrik etdi və aksiyanın əsasən memetçiyə mənəvi dəstək məqsədli olmasımı iştirakçıların diqqətinə çatdırdı.

 

Z.Məmmədli qardaş Türkiyənin bu günlər şərəf savaşı verməsini vurğulayaraq bu qələbələrin Qarabağda da baş verəcəyinə ümidvarlığını ifadə etdi. Bayram tədbirində professor Hacıbaba Əzimov, professor Telman Əliyev, şair Mədəd Coşğun, B.Britaniyada yaşayan soydaşımız İsa Türkoğlu və başqaları çıxış edərək millətimizin birlik və bərabərlik şüarlarını bildirdilər. Aşıq sənətinin görkəmli simaları Aşıq Tərmeyxan və Aşıq Cahangirin ifalarından sonra qara zurna sədaları altında Novruz tonqalı ətrafında Yallı gedildi.

 

 

Sonra Borçalı Cəmiyyətinin sədri Afrində terrorizmə qarşı savaşan mehmetçiyə mənəvi dəstək üçün Bakı şəhər 45 saylı orta məktəbin şagirdlərinin məktublarını tədbir iştirakçılarına təqdim etdi. Sonra iştirakçılar böyük həvəslə yardım kampaniyası qoşuldular.

 

Bayram şənliyi Novruz tonqalı ətrafında Cəngi sədaları ilə davam edib.

Afrində mehmetçiyə yardım kampaniyası aprelin 5-dək davam edəcək. Aksiyaya bütün soydaşlarımız qatıla bilər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300