Dünya əhalisi qocalır...

 

Hazırda dünyada yaşı 60-dan çox olan 962 milyon nəfər yaşayır.

Qaynarinfo xəbər verir ki, BMT İqtisadi və Sosial İşlər Departamentinin yaydığı məlumata görə, 1980-ci ildə bu rəqəm 382 milyon idi. Hazırda hər 8 nəfərdən birinin yaşı 60-dan yuxarıdır, 2020-ci ildə hər 5 nəfərdən birinin yaşı 60-dan çox olacaq.

Yaşlı əhalinin 2/3-si İnkişafda Olan Ölkələrdə yaşayır. 2050-ci ildə 10 yaşlı insanın 8-si İOÖ-də yaşayacaq.

2050-ci ildə yaşı 60-dan çox olan dünya əhalisi 1,7 milyarda çatacaq. Bu, Avropa əhalisinin 35%-ni, Şimali Amerikanın 28%, Latın Amerika və Karib insanlarının 25%, Asiyanın 24%, Okeaniyanın 23%, Afrikanın 9%-ni təşkil edəcək.

Təşkilatın statistikasına görə, Əfqanıstanda yaşlıların sadəcə 2,3%-i, Hollandiyada isə 93,4%-i müstəqil yaşaya bilir. Həm Avropa, həm də Afrikada yaşlı tənha qadınların sayı kişilərdən çoxdur. Əfqanıstan, Tacikistan, Pakistan kimi ölkələrdən qocaların böyük hissəsi övladları ilə yaşayır.

Dünyanın ən çox yaşlı nüfuza sahib ölkəsi isə Yaponiyadır. Yaponiyada yaşı 90-dan çox 2,06 milyon əhali var. Yaşı 60-dan çox olanlar bu ölkənin 33,4%-ni təşkil edir və 2050-ci ildə 42,4%-ə yüksələcək. Bu ölkəni 29,4%-lə İtaliya, 28%-lə Almaniya, 27,9%-lə Portuqaliya, 27,8%-lə Finlandiya izləyir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300