Ərdoğan: Türkiyə qoşunları Mənbicə doğru hərəkət edir

 

Türkiyə Silahlı Qüvvələri Mənbic istiqamətində hərəkət edir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

R.T.Ərdoğan bildirib ki, ABŞ Mənbicin azad olunması məsələsində Türkiyəni dəstəkləməyəcək.

Prezident onu da deyib ki, ABŞ bu prosesdə Türkiyəni dəstəkləsəydi, regionun terrorçulardan təmizlənməsi daha tez başa çatardı.

"Zeytun budağı” əməliyyatından danışan R.T.Ərdoğan bildirib ki, Türkiyə qoşunları hazırda Suriyanın Afrin rayonunda 1320 kvadrat kilometr əraziyə nəzarət edir.

Qeyd edək ki, martın 13-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Afrinin tam mühasirəyə alındığını elan etmişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300