Türkiyə Silahlı Qüvvələri Afrin şəhər mərkəzini mühasirəyə alıb

 

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş qərargahı Suriyanın Afrin şəhər mərkəzinin mühasirəyə alındığı və strateji əhəmiyyətli rayonların Türkiyə ordusunun nəzarətinə keçdiyi barədə məlumat yayıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda TSQ şəhər mərkəzində əməliyyat keçirməyə hazırlaşır. Şəhəri tərk etmək istəyən dinc əhali üçün cənubda təhlükəsiz dəhliz yaradılıb.

Məlumatda, həmçinin əməliyyatın başladığı vaxtdan indiyədək 3393 YPG/PKK üzvünün zərərsizləşdirildiyi bildirilir.

Xatırladaq ki, Türkiyə ordusu Suriyanın Afrin əyalətində yerləşən terrorçulara qarşı "Zeytun budağı” əməliyyatına yanvarın 20-də start verib. Bu əməliyyatlarda Türkiyə Silahlı Qüvvələri ilə yanaşı, Azad Suriya Ordusunun döyüşçüləri də iştirak edirlər.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300