Bu gün Yel çərşənbəsidir... » Ulu Yol Xəbər portalı

                       Bu gün Yel çərşənbəsidir...

 

Bu çərşənbədə əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir

Bu gün ilaxır çərşənbələrdən üçüncüsü - Yel çərşənbəsi qeyd edilir. Bu çərşənbə xalq arasında "Küləkli çərşənbə”, "Külək oyadan çərşənbə”, "Yelli çərşənbə”, "Badi (külək) çərşənbə”, "Nəfəs çərşənbə” adlandırılır. Novruz bayramı ərəfəsində keçirilən Yel çərşənbəsi yaranış prosesinin üçüncü mərhələsini əks etdirir.

Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir. Qədim etiqadlarda qeyd edilir ki, torpağın altında - "qara nehrdə” yatmış dörd cür külək Yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel ağ, qara yel qara, xəzri göy, gilavar qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü bu dörd yel birləşərək, dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir. Yel çərşənbəsində adətən hava təmizlənir. Tədqiqatlara görə, Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi onun özünün təmizlənməsi kimi qəbul edilir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb.

yel çərşənbəsi ile ilgili görsel sonucu

 

Yel çərşənbəsi günü digər çərşənbələrdə olduğu kimi, tonqallar qalanır, süfrələr bəzənir. Evlərdə plov, əsasən də südlü plov, bulğur aşı bişirilir. Süfrəyə dənli bitkilərdən hazırlanmış yeməklər, quru meyvələrdən və şirniyyatlardan ibarət xonçalar qoyulur. Evlərdə təmizlik işlərinə başlanır, səməni cücərdilir, bəzi evlərdə isə azca boy atmış səməninin belinə qırmızı qurşaq bağlanır. Bu ərəfədən başlayaraq bayram üçün yeni geyimlər alınır. Oğlanlar bu çərşənbədə qız seçməyə çıxarlarmış. İnama görə, bu gecə Xızır Nəbi sevgililərə "Abi-kövsər” suyu içirib buta verir. "Ağ yelə tuş olasan səni”, "Üstündən ağ yellər əssin” kimi alqışlarımızın da bu inancdan doğduğu deyilir. Hətta inanca görə, Yel çərşənbəsində ata-ananın xeyir-duası olmadan qaçırılan qıza xeyir-duanı əli butalı Xızır Nəbi verir. Bu çərşənbədə qəfəsdəki quşların havaya buraxılması da inanclarımızdandır. Bəzi hekayələrimizdə bu motiv öz yerini tutur. Xızır Nəbi ilə təmasda olmaq üçün icra olunan yelləncəkdə yellənmə mərasimi də bu çərşənbənin rituallarındandır. Yellə bağlı atalar sözləri də çoxluq təşkil edir: "Yelə verdiyin düşmənə qismət olar”; "Yelə qoşulan çox uzağa getməz”; "Yel aparan yelinki, yerdə qalan mənimki”; "Yelin işi elnən deyil, külnəndi”; "Küləklə yatanın cin atı olar”;

Günel MANAFLI, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300