"Aqrolizinq”in azot alveri -Fermerlərə "gübrə divanı"

 

"Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlıdakı bölməsi fermerlərə çatacaq azot gübrəsini açıq bazarda satdırır.

Azot gübrəsinin bir kisəsinin fermerlərə dövlət tərəfindən satışı 9 manat 10 qəpikdir. 9 manat azot gübrəsi üçün, 10 qəpik isə fəhlənin əlmuzdusu kimi hesablanır. Sözügedən gübrənin pərakəndə satışı isə 12 manatdır.

Yenicag.az xəbər verir ki, "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlıdakı bölməsi fermerlərə çatacaq gübrəni müxtəlif bəhanələrlə satmayıb, pərakəndə bazara çıxarır.

Saatlı rayon Azadkənd kəndinin sakini Babək Hacıyevin sözlərinə görə, azot gübrəsi onlar üçün əlçatmaz arzuya çevrilib. Deyilənə görə, "Aqrolizinq”dən gübrə almaq üçün növbəyə duran fermerlərə sonda bir cavab verilir: "yoxdur, qurtarıb”:

"Ancaq həmin xammal mağazalarda 12 manata satılır. Mənə dövlətin 9 manata verdiyi bir maddəni niyə 12 manata almalıyam? "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlıdakı bölməsi fermerləri süründürməklə məşğuldur. Fermerləri o qədər bezdiriblər ki, bəziləri hətta gedib mağazalardan həmin gübrəni 3 manat artığına alır. Kiçik fermerlər də əlacsızlıqdan, taxılları batmasın deyə, gedib 15-20 manat artıq pul ödəyirlər. Ancaq mən 40 kisə azot gübrəsi almalıyam. 40 kisədə 120 manat pul itirirəm. Kənddən "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlıdakı bölməsinə hər dəfə gedəndə yük maşınına 30 manat pul verirəm, ancaq əliboş qayıdıram”.

Fermerin iddiasına görə, "Aqrolizinq” ASC-nin Saatlıdakı bölməsi dövlətin fermerlərə verəcəyi azot gübrəsini pərakəndə bazarda satdırır:

"Azot gübrəsini satırlar; ondan qazandıqlarının heç xeyrini görməsinlər. Bunların əlavə qazanc hərisliyinə görə belə getsə taxıl qıtlığı yaranacaq. Azot gübrəsinin vaxtı var, bir müddət sonra onu taxıla vermək mümkün olmayacaq. Onlar qəsdlə belə edirlər ki, gübrəni onların qoyduğu qiymətə gedib mağazalardan alaq. Bu məsələ ilə bağlı çoxlu sayda şikayətçi var”.

Sonda dövlət rəsmilərinə müraciət edən Babək Hacıyev qeyd edib ki, yerli idarələr fermerlərin işini yüngülləşdirmək əvəzinə, ağırlaşdırır, dövlətin cibinə girirlər. Fermer bununla bağlı bir tədbir görülməsini xahiş edir.

Səxavət Məmməd, yenicag.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300