İki ayda Ukrayna Azərbaycandan 77,6 mln. dollarlıq neft alıb

 

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan Ukraynaya 77,587 mln. ABŞ dolları məbləğində xam neft ixrac olunub.

"Report” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Maliyyə Xidmətinin məlumatında qeyd olunub.

İlin iki ayı ərzində Ukrayna, ümumilikdə, 150 577 ton həcmində neft idxal edib. Bu həcm isə ötən ilin müvafiq dövründən 32% və ya 36 523 ton artıqdır. Ukraynanın idxal etdiyi neftin dəyəri 80,272 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 54,3% artıqdır.

Hesabat dövründə Ukrayna İrandan 1,844 mln. dollarlıq, Macarıstandan 295 min dollarlıq, digər ölkələrdən isə 546 min dollarlıq neft idxal edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300