Yaponiya 11 mart zəlzələsinin qurbanlarının xatirəsini yad edib

 

Bu gün Yaponiyada 11 mart 2011-ci ildə baş vermiş zəlzələ qurbanlarının xatirəsi yad edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 14.46-da bütün ölkə ərazisində zəlzələ qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Məhz 7 il əvvəl yerli vaxtla saat 14.46 radələrində baş verən 9 maqnitudalı zəlzələ və güclü zəlzələnin səbəb olduğu sunami nəticəsində ölkənin şimal-şərq regionlarında 18 mindən çox insan ölüb. İvate, Miyaqi və Fukusima əyalətlərində bir çox şəhərlər məhv olub, "Fukusima-1" Atom Elektrik Stansiyasında (AES) qəza baş verib. AES-də enerji təchizatı sistemi sıradan çıxıb, ətraf rayonlar radioaktiv çirklənməyə məruz qalıb. "Fukusima-1" AES-də qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində iş bu gün də davam etdirilir.

 

Ötən 7 il ərzində ölkənin şimal-şərq regionları tamamilə yenidən tikilib. Ancaq hələ də 73 min insan öz doğma şəhərlərinə qayıda bilmir. Yaponiya hökuməti regionun bərpası prosesini sürətləndirəcəyinə söz verib.

Yaponiya baş naziri Sindzo Abe faciənin ildönümü ilə bağlı çıxışında deyib ki, hələ də Fukusima əyalətindən olan bir çox insanlar qaçqın həyatı yaşamaq məcburiyyətindədir: "Biz regionun bərpası prosesini sürətləndirmək və hər bir ailənin tezliklə öz evinə qayıtmasını istəyirik".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300