Putinin yeni raketləri hədəfə dəydi: Senatorlardan çağırış

 

Demokrat senatorlar Cef Merkli, Dayan Faynstin, Edvard Marki və müstəqil senator Berni Sanders ABŞ Dövlət katibi Reks Tillersona müraciət edərək, onun Moskva ilə təcili danışıqlara başlamasını istəyiblər.

Axar.az xəbər verir ki, senatorlar Tillersona göndərdiyi məktubda tərəflər arasında dialoqun Rusiya Prezidenti Vladimir Putinin 1 mart çıxışından sonra önəmli olduğunu bildiriblər.

"ABŞ və Rusiya arasında strateji dialoq Putinin yeni nüvə silahları yaratdıqlarını bəyan etdiyi 1 mart çıxışından sonra daha aktual olub. Putinin adını çəkdiyi silahlar artıq strateji hücum silahları haqqında razılaşma ilə məhdudlaşmır. Bu silahlar genişlənəcəyi təqdirdə situasiya gərginləşəcək. Biz Rusiya ilə bu razılaşmanı yeniləmək üçün danışıqlara başlamalıyıq. Əgər razılaşmanın müddətini uzatsaq, Rusiyanın nüvə silahı limitinə necə əməl etdiyini nəzarətdə saxlamış olacağıq”, - senatorlar məktubda bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300