İsrail Fələstindən olan məhbuslara daha az yemək verəcək

İsrail Həbsxanalar İdarəsi fələstinli məhbuslara verilən yemək miqdarının azaldılacağını bildirib.

 

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Fələstin Qurtuluş Təşkilatına bağlı Fələstin Əsirlər Cəmiyyətinin açıqlamasına görə, İsrail hökümətinin büdcədə 6 milyon dollar ixtisar aparması məhbuslara verilən yeməyin miqdarında da azalma ilə müşahidə ediləcək. Açıqlamada həmçinin qeyd edilib ki, əgər verilən yeməyin miqdarı azalsa, məhbuslar etiraz olaraq qidalardan imtina edəcəklər.

 

Cəmiyyətin rəhbəriUsame Şahinməsələ ilə bağlı "İsrail Həbsxanalar İdarəsi illərdir fələstinli məhbuslara qida, geyim və ziyarətçi məsələlərində məhdudiyyətlər tətbiq edir. Bu, bir növ cəzalandırma siyasətidir" fikirlərini səsləndirib.

 

Qeyd edək ki, İsraildə 6500 fələstinli məhbus var. Onlardan 57-si qadın, 300-ü uşaqdır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300