Hollandiyadan skandal qərar: Qondarma soyqırım tanındı

 

Hollandiya parlamentinin üst palatası 1915-ci il qondarma erməni soyqırımı ilə bağlı irəli sürülən qətnaməni qəbul edib.

Axar.az xəbər verir ki, parlamentdə türklərdən ibarət DENK adlı partiyadan başqa digər siyasi blok və partiyalar sözügedən qətnaməni dəstəkləyib.

Qərara görə, bundan sonra Hollandiya hökuməti 1915-ci il olaylarını soyqırım olaraq tanıyacaq. Həmçinin hər il aprelin 24-də qondarma soyqırımla bağlı İrəvanda keçirilən tədbirlərə də Hollandiyadan nümayəndə heyəti göndəriləcək.

Qeyd edək ki, bir həftə öncə Hollandiya parlamentinin alt palatası qondarma erməni soyqırımı ilə bağlı qətnaməni səs çoxluğu ilə qəbul etmişdi.

Onu da əlavə edək ki, bu qətnaməyə Hollandiya hökuməti birmənalı yanaşmır və sözügedən olayların soyqırım kimi tanınması üçün ciddi əsasların olmadığını bildirir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300