Tehranda iğtişaşlar: 5 polis öldü, 30 yaralı – Video  

 

İranın paytaxı Tehran şəhərində "Qonabadi Dərvişləri” adlı təriqət üzvləri ilə təhlükəsizlik orqanları arasında yaşanan qarşıdurma zamanı 5 polis öldürülüb, daha 30 təhlükəsizlik əməkdaşı yaralanıb.

İran polisinin sözçüsü Səid Müntəzirülmehdi səhər saatlarına qədər davam edən qarşıdurmada ən azı 300 təriqət üzvünün həbs edildiyini bildirib. Həmçinin təriqət üzvləri arasında yaralananlar olsa da, onların dəqiq sayı açıqlanmayıb.

Polislərdən 3-ü izdiham zamanı üzərlərinə avtobus sürülməsi nəticəsində, biri minik avtomibili ilə edilən hücumda, biri isə bıçaqlanaraq öldürülüb.

Qeyd edək ki, təriqət üzvü Nemətullah Reyahinin həbs edilməsinə etiraz edən şəxslər Tehranın Pasdaran bölgəsində sözügedən şəxsin saxlanıldığı polis bölməsinin qarşısında toplaşaraq etiraza başlayıb. Polisin xəbərdarlıqlarına məhəl qoymayan kütlə ilə təhlükəsizlik orqanları arasında "Qonabadi Dərvişləri” təriqətinin lideri Nur Əli Tabəndənin evinin qarşısında qarşıdurma yaşanıb.

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300