Ərdoğan son nöqtəni qoydu: "Əsədin əsgərləri Afrinə girərsə, sonları olar”

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin, İranın dövlət başçısı Həsən Ruhani ilə telefonla danışıb.

Avropa.info xəbər verir ki, Ərdoğanın Putinlə danışıqlarında başda Afrin və İdlib olmaqla Suriyada son proseslər müzakirə edilib.

Telefon danışığında, xüsusilə, İdlib Gərginliyi Azaltma Bölgəsində yeni müşahidə nöqtələrinin yaradılması məsələlərinə diqqət yönəldilib. Ərdoğan YPG terror təşkilatı ilə Əsədin razılığa gəlməsi ilə bağlı Putinə, "Suriya rejimi bu yola girərsə, sonu olar”, xəbərdarlığını edib.

"Zeytun budağı” əməliyyatı ilə bağlı fikirlərini açıqlayan Ərdoğan Putinə əməliyyatların planlaşdırıldığı kimi davam edəcəyini bildirib.

Ərdoğanın Ruhani ilə telefon danışığında terror təşkilatları ilə mübarizədə əməkdaşlığın əhəmiyyətindən danışılıb. Həmçinin, Suriyada münaqişənin həlli ilə bağlı Astana prosesi və Soçi konqresi də müzakirə edilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300