Martın 20-nin ilaxır çərşənbəyə düşməsi çaşqınlıq yaradır? (AÇIQLAMA)

"Bu il martın 20-nin ilaxır çərşənbəyə təsadüf etməsi bəzi insanlarda çaşqınlıq yaradır. Lakin insanlar bilməlidirlər ki, bu il ilaxır çərşənbə ilə Novruz bayramı günü deyil, bayram axşamı üst-üstə düşəcək".

 

Uluyol.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoruAtəş Əhmədlideyib.

 

Onun sözlərinə görə, fevralın 27-də ilk çərşənbə - Su, martın 6-da Od, martın 13-də Yer, martın 20-də Torpaq çərşənbəsi qeyd olunacaq. Martın 20-si axşam bayram axşamı, martın 21-i isə bayram günü olacaq:

 

"Azərbaycanda insanlar bayramdan bir gün əvvəl dünyasını dəyişən yaxınlarının qəbri üstünə gedirlər. Buna görə də martın 20-də, yəni bayram axşamı günündə insanlar dünyasını dəyişənlərin qəbri üstünə gedəcəklər. Martın 21-də isə səhər saat 8-də il təhvil veriləcək və yaz fəsli başlayacaq. Həmin gün bayram günü kimi qeyd ediləcək".

 

A.Əhmədli qeyd edib ki, ilaxır çərşənbə ilə bayram axşamının üst-üstə düşməsi az təsadüf olunur. Amma daha nadir rast gəlinən hal ilaxır çərşənbə ilə bayram gününün üst-üstə düşməsidir: "Bu hadisə qərinədə bir dəfə olur. Sonuncu dəfə 2008-ci ildə ilaxır çərşənbə ilə bayram günü üst-üstə düşüb. Bu il ilaxır çərşənbə ilə bayram axşamının üst-üstə düşməsi ilaxır çərşənbənin bayram əhval-ruhiyyəsini zəiflətmir, əksinə daha da gücləndirir".

 

Fevralın 20-dən "kiçik çilə"nin başa çatdığını və "Boz ay"ın başladığını xatırladan A.Əhmədli bildirib ki, "Boz ay" 4 çərşənbədən ibarətdir: "Bəzi alimlər Novruz çərşənbələrinin sayının 7 - Su çərşənbəsinə qədər 3 yalancı çərşənbənin olduğunu bildirirlər. Amma Azərbaycanda dövlət səviyyəsində 4 əsas çərşənbə qeyd edilir. Bunlar dünyanın yaranışı üçün vacib olan 4 əsas ünsürdür".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300