Bakıda türk liseyində direktor müavini şagirdi döydü - İş polisə düşdü

Ötən gün Nəsimi rayonu ərazisində yerləşən Bakı Türk Anadolu Liseyində direktor müavini 7-ci sinif şagirdini döyüb.
"Ölkə.Az”ın məlumatına görə, Şahin Kəmalə Məmməd qızı 21-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, liseyin direktor müavini Kelez Talib Bayram oğlu dərs vaxtı oğlu Əli Şahini döyüb. Belə ki, uşaq evə gələn zaman onun bədəninin müxtəlif yerlərində xəsarətlər aşkar edilib. Əli Şahin anasına müəllimi tərəfindən döyüldüyünü bildirib. Hazırda polis bölməsində işi araşdıran təhqiqatçı tərəfindən döyülən uşağın xəsarət dərəcəsinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertiza şöbəsinə sorğu göndərilib. Məhkəmə tibbi ekspertizanın rəyindən sonra fakta hüquqi qiymət veriləcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300