Cəfər Cabbarlının qızı Gülarə xanıma körpə ikən yazdığı şeir-XATİRƏ+FOTOLAR

 

Bir neçə gün bundan öncə böyük dramaturq, Azərbaycan ədəbiyyat, kino və teatrında əsas mərhələlərin banisi sayılan Cəfər Cabbarlının yeganə nişanəsi Gülarə xanım dünyasını dəyişdi.

Moderator.az Cəfər Cabbarlının həyat və yaradıcılığı araşdıran alim, tədqiqatçı Asif Rüstəmlinin Gülarə xanımla bağlı təəssüratlarını təqdim edir. Təqdiqatçı xatirələrini dinlədikməklə yanaşı, vaxtilə üzə çıxardığı, Cabbarlının qızına həsr etdiyi şeirin tarixçəsindən dəı danışır:

"Bir neçə gün bundan qabaq ad günü münasibətilə Gülara xanıma zəng etmişdim. Evlərindən təbrikimi çatdıracaqlarını dedilər... İki-üç gün əvvəl C.Cabbarlı nın ev-muzeyində oldum. Görüşmək istədiyimi bildirəndə indi halsız olduğunu deyib sonraya saxladılar...

Gülar xanımla hər görüşəndə: - Ay Asif müəllim, atamın yazılarından təzə nə tapmısınız? – deyərdi. Sonra davam edərdi: Balam, kişi az yaşasa da, gecə-gündüz işliyib də...
Mən də yeni tapıntılardan xəbər verərdim. Gülüb deyərdi: Vallah Asif müəllim Sizi oğlum Bəhluldan, Altaydan ayırmıram...
Hər telefon zəngində, hər görüşəndə Gülara xanımla demək olar ki, eyni məzmunlu dialoqla söhbətə başlayardıq.
Cəfər Cabbarlının o hələ körpə ikən ərəb əlifbası ilə yazdığı iki bəndlik şeirini çərçivəyə salıb ad günlərinin birində Gülara xanıma hədiyyə etdim. Bu nədi ay Asif müəllim? Dedim ki, Siz anadan olanda atanız bu şeirlə Sizi oxşayıb, əzizləyib. Görün Cəfər Cabbarlı Sizə nə yazıb:

"Şu al-əlvan tacı bən,
Dörd yanından düzərim.
Beşiyin hər tərəfin,
Güllər ilən bəzərim.

Uyğusundan oyanıb,
Görəcək al çiçəkli.
Sevinib əylənəçək,
Olacaq şad ürəkli."

Gülara Cabbarlı atasının bu poetik məktubundan nə qədər təsirlənmişdi, sevinmişdi...

Tədqiqatçının Gülarə xanımın bioqrafiyası barəsində dedikləri də çox maraqlıdır:

"Gülara xanım safürəkli, xeyirxah, istiqanlı, səmimi insan idi. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdi. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi fəaliyyətə başlamış, 1979-cu ildən C. Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyin olunmuşdur. Bu Muzey uzun illər Gülara Cabbarlının rəhbərliyi altında fəaliyyət göstərmişdir. Görkəmli yazıçı-dramaturq Cəfər Cabbarlının həyat və yaradıcılığının tədqiqi və təbliğində, habelə muzeydə mütəmadi keçirilən ədəbi-bədii gecələrin, elmi konfransların təşkilində, respublikanın tanınmış ədəbiyyat, elm və incəsənət xadimlərinin xatirə günlərinin, yubileylərinin qeyd olunmasında Gülara xanımın böyük zəhməti olmuşdur. Muzeyin respublikamızın seçilən və sevilən mədəniyyət mərkəzlərindən birinə çevrilməsi, qarşıya qoyulan məsələlərin uğurla başa çatdırılması, bir sıra layihələrin ictimaiyyət tərəfindən maraqla qarşılanması məhz Gülara Cabbarlının gərgin əməyi və kollektivlə yaratdığı səmimi ünsiyyət, mehriban əməkdaşlıq sayəsində əldə olunmuşdur. Fəaliyyəti dövründə onun muzeydə gerçəkləşdirdiyi layihələr sırasında yazıçının 100 illik yubileyi münasibətilə təsis olunmuş "Cəfər Cabbarlı Mükafatı”nı, yazıçının əsərlərinin toplandığı "Mənim tanrım - gözəllik”, "XX əsr Azərbaycan incəsənətinin inkişafında Cəfər Cabbarlının rolu” kitablarını, həmçinin ədibin öz sözlərinə özünün bəstələdiyi mahnılardan və şeirlərdən ibarət "Azad bir quşdum” adlı musiqi albomunu göstərmək olar. 2001-ci ildən Gülara xanım eyni zamanda "C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi”nin rəhbəri, "Cəfər Cabbarlı Mükafatı” komissiyasının sədri idi. Yaşının ahıl çağında olmasına baxmayaraq atası ilə bağlı bütün kitabları, məalələri, məlumatları oxuyurdu. Gülara xanım böyük sənətkarımız Cəfər Cabbarlının yeganə qızı və sonbeşiyi idi.
...Əli Nurun ifasında "Ana” şeirinin kövrək, kədərli sədaları altında Gülara xanım bu gün saat 14.30-da Təzə Pir Məscidindən haqqın dərgahına yola salındı... Məkanı Cənnət olsun!

 Elmin Nuri, moderator.az

 

Asif Rustemli adlı şəxsin şəkli.Asif Rustemli adlı şəxsin şəkli.
ULUYOL.AZ
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300