Azad Rəhimovun adamının "Buta Palace”da maxinasiyaları-İTTİHAM+FOTO

 

Bakı hava limanına gedən yolun üstündə yerləşən təmtəraqlı, bahalı "Buta Palace” barəsində iddialar heyrət doğurur. Fəxrin Əliyev adlı feysbuk istifadəçisinin (https://www.facebook.com/fahi.ayw) paylaşdığı informasiyalar qatı açılmamış gizlinlərə işıq salıb.

Üç dostun oyunu və "günah keçisi”…

Onun sözlərinə görə, "Buta”nın əməkdaşlarından biri axır zamanlar şadlıq evindəki neqativ hadisələrin baş verməsindən danışıb.
"Bura Gənclər və İdman Nazirliyinin sifarişi ilə serblər tərəfindən inşa olunub. Bir vaxtlar mötəbər dövlət tədbirləri keçirilən bu yer indi şadlıq evinə çevrilib.
Bu sarayı üç dost – Mikayıl Zeynalov, xalası oğlu Həmid Məhəmmədyar və dostları Oqtay Məmmədov işlətmək qərarı verirlər.
Nazirlikdə ikinci adam sayılan, Azərbaycan Mili Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov "Buta Palace”a nəzarəti Mikayıl Zeynalova həvalə edir”.
Federasiya prezidenti E.Zeynalovun biznesmen olduğunu qeyd edən F.Əliyev bildirib ki, onun himayəsi ilə üç dost əvvəlcə "Buta Palace”ı nazirlərin və deputatların məkanına çevirməyə nail olurlar.
Belə aydın olur ki, onların maxinasiyalarının üstü açılır və oğurluq 6 ay çəkir. Belə ki, dövlət tədbirlərinin birində bu maxinasiyanın üstü açılır.
M.Zeynalov, H.Məmmədyar sonuncu şərik dostları olan O.Məmmədovu "günah keçisi” çıxararaq qurban verirlər.

 Azad Rəhimovun adamının

Mühafizəçinin intiharı və bilet "əməliyyatı”

F.Əliyev onu da öyrənib ki, bu günlərdə "Buta Palace”da mühafizəçilərdən biri özünün yandıraraq intihara cəhd etmək istəyib:
"Həmin mühafizəçi Rövşən Bayramovla görüşdüm. Deyir ki, rəhbərliyin diskoteka olan günlərdə pul alıb biletsiz içəri müştəri buraxmasının şahidi olub.
Ona görə də eyni işi özü də görüb. Maaşının azlığına görə bu addımı atmağa məcbur olub ki, qazansın. Çünki rəhbərlik də eyni cür edirmiş. Ancaq onu işdən çıxardılar.
Bundan əlavə, tədbir vaxtları öz adamlarına şərait yaradırlar. Onlar da qazandıqlarını müdiriyyətlə bölürlər.
Elçin Zeynalovun ümidlərini doğrultmayan dostların daha hansı işlərə əl atacağını bilmirik. Nəzərə almaq lazımdır ki, bu sarayda prezident və I vitse-prezidentin tədbirləri keçirilir”.

Sarayın rəhbərini nazirə nə bağlayır?

Azad Rəhimovun adamının
Qeyd edək ki, Elçin Zeynalov 1966-cı ildə Bakı şəhərində anadan olub. O, "İtaldizain Holdinq”in əsas səhmdarlarından biridir. 1996-cı ildən bugünə qədər "İtaldizain” Şirkətlər Qrupunun baş direktoru vəzifəsini icra edir.
Bu şirkət nazir A.Rəhimov tərəfindən açılıb. 1998-2006-cı il tarixinədək "İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyən Azad Rəhimov bu müddətdə nazirlərin sifarişi ilə Azərbaycana mebel gətirib.
Araşdırmamıza elə nazirə məxsus "İtaldizayn” şirkətinə məxsus bir neçə mağazaya baş çəkməklə başladıq. Qeyd edək ki, bu qrupa əksəriyyəti şəhərin mərkəzində yerləşən 22 salon və butik daxildir: "İdea”, "Creative System”, iki "Villeroy & Boch” butik və salonu, "Bang & Olufsen”, "Ambiance”, dörd "Swarovski” butiki, "Royal Collection”, "Royal Collection – Watches & Accessories”, "Yves Delorme”, "Baccarat – Bernardaud”, "Museum”, "Chopard”, "Carpets Boutique”, "Lladro”, "Roberto Coin – de Grisogono”; iki "Eurodesign” və "Transeurocom” telekommunikasiya şirkəti; "İD Catering” keyterinq şirkəti və "Creacon” inşaat şirkəti.
Nazirə məxsus holdinq Avropa və Amerikanın 300-dən artıq şirkəti ilə birbaşa əməkdaşlıq edir. Bu isə o deməkdir ki, açıq rəqabət şəraitində "İtaldizayn Group”un təklif və xidmətləri bazarda ən yaxşılardandır.(azeuronews.com)

Azad Rəhimovun adamının
Səsləndirilən ittihamlarla bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300