Sezen Aksunun ermənilərlə bağlı fikirlərinə AKP-dən—CAVAB

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq üzvü, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) komissiya sədri Mustafa Kabakçı məşhur müğənni və bəstəkar Sezen Aksunun ermənilər haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

M.Kabakçı "Ölkə.Az”a açıqlamasında deyib ki, Sezen Aksunun kökündə erməni qarışığı var:
"Digər tərəfdən isə bu, Sezen Aksunun şəxsi fikirləridir. Onun ermənilər haqqında səsləndirdiyi fikirlərə Türkiyə cəmiyyəti dəstək vermir. Ümumiyyətlə, türk milləti heç bir xalqa qarşı düşmənçilik mövqeyində olmayıb. Harada işğalçılıq və zülm varsa, biz ona qarşıyıq və bu barədə fikirlərimizi də söyləməkdən çəkinmirik. Bu baxımdan da bizim azərbaycanlı qardaş və bacılarımızın yanında olmaq kimi milli vəzifəmiz var. Ona görə də Sezen Aksunun ermənilər haqqında xoş fikirlər səsləndirməsinə Türkiyə cəmiyyəti olaraq əsla dəstək vermərik. İnanın ki, heç bir türk ermənilər haqqında bu cür fikirlər səsləndirməz”.
AKP rəsmisi qeyd edib ki, Türkiyə demokratik ölkə olduğu üçün burada bütün millətlərdən olan insanlar yaşayır:
"Onların arasında kürdlər və ermənilər də var. Ancaq atalarımızın gözəl misalı var ki, hər kəs layiq olduğu yerə gedər. İndi Sezen Aksunun da layiq olduğu yer ermənilərin yanıdır. Azərbaycan xalqı tam əmin olsun ki, Sezen Aksu Türkiyə xalqı demək deyil və o, Türkiyənin mövqeyini də söyləyə bilməz. Türkiyənin ermənilərlə bağlı siyasəti bütün dünyaya bəllidir. Türkiyə qardaş Azərbaycana görə işğalçı Ermənistanla siyasətində bir addım da geri çəkilməyəcək. Türkiyə sonadək Azərbaycanın yanında olacaq. Bunun geri dönüşü yoxdur. Rəhmətlik Heydər Əliyevin də söylədiyi kimi, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Biz eyni millətin nümayəndələriyik”.

Xatırladaq ki, Türkiyənin məşhur müğənni və bəstəkarlarından biri olan Sezen Aksu İstanbulda yeni istifadəyə verilmiş "Zorlu Center PSM" mərkəzində səhnəyə çıxıb.

Fahir Atakoğlu ilə yanaşı, erməni Ara Dinkyanın rəhbərlik etdiyi orkestrin müşayiəti ilə oxuyan Sezen Aksu 1996-cı ildə təyyarə qəzasında həlak olmuş əri, erməni Onno Tunçdan da bəhs edib:

"Bilirsiniz, Onno ermənidir və mən də 10 il ermənilərin gəlini oldum. Onlara canım qurban! Dolayısıyla bütün ermənilər, təbii ki, mənim qohumlarımdır”.

Vasif Həsənli
Ölkə.Az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300