“Qarabağda irimiqyaslı müharibə gözlənilir” - ABŞ Milli Kəşfiyyatının direktoru » Ulu Yol Xəbər portalı

        "Qarabağda irimiqyaslı müharibə gözlənilir” -ABŞ Milli Kəşfiyyatının direktoru

 

"Dağlıq Qarabağ ətrafında gərginlik 2018-ci ildə Azərbaycanla Ermənistan arsında irimiqyaslı hərbi münaqişəyə keçə bilər”.

Qaziler.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Daniel Koats tərəfindən dərc edilən "Təhdidlərin ümumdünya dəyərləndirməsi” adlı ənənəvi illik məruzədə bildirilir.

Sənəddə 2018-ci il ərzində ABŞ üçün yarana biləcək milli təhlükəsizlik təhdidləri nəzərdən keçirilir. Məruzənin Qarabağa həsr edilmiş hissəsində göstərilir ki, tərəflərin "kompromislərə getmək arzusunun olmaması”, kənardan təzyiqlər, Azərbaycanın həyata keçirdiyi stabil hərbi modernləşmə, Ermənistanın Rusiyadan yeni silahlar alması 2018-ci ildə irimiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər.

Məruzəyə əsasən Kreml keçmiş sovet respublikalarının ərazisində öz təsir imkanlarını daha da genişləndirəcək. Bu məqsədlə "aqressiv və opportunist xarici siyasət” yürüdüləcək.

ABŞ Milli Kəşfiyyatı Gürcüstanın da vəziyyətinin mürəkkəb olaraq qaldığını, bunun mənbəyinin Rusiyanın Tiflisin Qərbə inteqrasiyasını əngəlləmək səyləri olduğunu bildirir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300