Hacıbala Abutalıbovun vətəndaşa "var-yox” söyüşü edən kadrı—Video

 

Bir neçə ay bundan əvvəl, Bakı ŞİH-nin şöbə rəisi Vidadi Əliyevin oğlu Coşqun Əliyev Bakı şəhərində "Parkomat idarəsi”nin rəisi vəzifəsinə təyin olunub.

Coşqun Əliyev təyin olunan idarənin rəsmi adı Bakı ŞİH Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi (XTAİ) adlanır.

Bundan əvvəl həmin idarənin rəisi Vidadi Əliyevin sağ əli sayılan Təyyar adlı şəxs olub. Vidadi Əliyevin oğlu həmin idarəyə rəis təyin olunandan sonra Vidadi öz sağ əli olan Təyyarı Bakı şəhər İH-nin İşıqlandırma İdarəsinin rəisi vəzifəsinə təyin etdirib. Və hətta Hacıbala Abutalıbov Bakı şəhər İH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Rafael Mehrəliyevə tapşırıq verib ki, yuxarıda adıçəkilən idarələr Vidadi Əliyevin kurasiyasında olduğu üçün, Rafael Mehrəliyev Vidadi Əliyevin işinə qarışmasın.

Vidadi Əliyevin oğlu Coşqun Əliyev general-mayor Xanlar Zeynalovun kürəkənidir.

Keçən il Xanlar Zeynalov Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi vəzifəsindən 17.000 manatlıq qalmaqala görə azad olunub.

Keçən il ölkə mətbuatı yazmışdı ki, Zöhrab Əliyev adlı şəxs bir vətəndaşa 265.000 manat borcu olub və həmin borcun qaytarılması üçün Sabunçu Rayon Məhkəməsinin çıxardığı qərar əsasında Sabunçu rayon icra şöbəsinə verilib. Ancaq Zöhrab Əliyev mətbuata açıqlamasında bildirmişdir ki, Xanlar Zeynalova 17.000 manat rüşvət verdiyi üçün o, həmin vətəndaşa olan borcunu ödəməkdən boyun qaçırır.

Əldə etdiyimiz məlumata görə, Xanlar Zeynalov, Vidadi Əliyev və Rafael Mehrəliyev səbirsizliklə Ziya Məmmədovun Baş nazir postuna təyin olunduğunu gözləyirdilər.

Ancaq Ziya Məmmədov "vurulandan” sonra Vidadi Əliyevin planı dəyişdi. Rafael Mehrəliyevin "krışası” Vidadi Zeynalov da həbs olunandan sonra Rafael Mehrəliyevin başı dərddə olduğundan, Vidadi Əliyev birbaşa Hacıbala Abutalıbova çıxır və yaxın günlərdə Vidadi Əliyevin Rafael Mehrəliyevin yerinə təyinatı olmalıdır.

Əldə etdiyimiz məlumata görə Rafael Mehrəliyev özü də bezib və vəzifədən getmək istəyir. Ancaq Vidadi Əliyevlə şərikli obyektləri onun gözünün qarşısına gəlir. Və o fikirləşir ki, əgər vəzifədən getsə Vidadi Əliyev onunla obyektlərə olan şərikliyini pozacaq.

Daxil olan məlumata görə Vidadi Əliyevlə Rafael Mehrəliyevin şərikli yanacaqdoldurma məntəqələri var. Sədərək ticarət obyektinə gedən yolun üstündə üzbəüz "Lukoil” adlı yanacaqdoldurma məntəqələrinin sahibləri Vidadi Əliyevlə Rafael Mehrəliyevdir.

Bu obyektlərdən savayı redaksiyamıza bu məmurun digər obyektlərinin də siyahısı təqdim olunub. Hətta bir neçə obyektə Vidadi Əliyev və Rafael Mehrəliyevlə bərabər Yasmal rayon İH-nin keçmiş başçısı İbrahim Mehdiyevin də şərikliyi üzə çıxır.

Bakı şəhər İH-də Vidadi Əliyevin "böyüklüyü” bununla bitmir.

Redaksiyaya daxil olan məlumata görə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin, Kommunal Xidmətlər Müəssisəsi MMC-nin rəhbəri Vidadi Əliyevin doğma xalası oğlu İlqar Hüseynovdur. İlqar Hüseynovun müavini Rüfət Qaraşovdur. Rüfət Qaraşov da Rafael Mehrəliyevin yeznəsidir.

Bakı şəhər İH-nə məxsus zibil maşınları Rüfət Qaraşov tərəfindən şəxsi adamlara icarəyə verilir ki, həmin şəxslər Bakıda karton qutu yığmaqla məşqul olsunlar.

Yığılan karton qutuların bir tonu Sumqayıt şəhərində yerləşən sexə 80 manata satılır. Karton qutular maye halına salınaraq kolbasa məhsullarına və şirin içkilərə qatılır.

İsmaric.az xəbər verir ki,Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə rəhbərlik edənlərin özbaşınalığı və vətəndaşları təhqir etməsi ilə bağlı faktlar dərc olunmuşdu. Maraqlıdır ki, Departamentdə şöbə rəisi vəzifəsini tutan Vidadi Əliyevin qanunsuz və çirkin əməllərini ifşa edən faktlar, eləcədə video görüntülər, Bakı şəhər icra hakimiyyəti başçısı Hacıbala Abutalıbovu narahat etməyib.
İcra başçısı tabeliyində olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentində tüğyan edən məmur özbaşınalığına biganə münasibət göstərməsinin səbəbini anlamaqda çətinlik çəkirik. Lakin, daxil olan məlumatda bildirilir ki, şöbə rəisi Vidadi Əliyevə qanunsuz səlahiyyət verən şəxs icra başçısının özüdür.

Daxil olan diger məlumatda, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev əsasən V.Zeynalovun göstərişlərini yerinə yetirib və işini yalnız onun məsləhətləri əsasında qurub: "Mənzil Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyət dairəsi kifayət qədər genişdir.

Bura yol çəkilişi, məktəb və uşaq baxçaları, eləcə də digər sosial obyektlərin tikintisi və təmiri daxildir. Ümumiyyətlə, mənzil kommunal təsərrüfatı sahəsinə büdcədən kifayət qədər böyük həcmdə vəsait ayrılır və Vidadi Zeynalov da Rabitə Nazirliyində otura-otura MKT-na ayrılan pulların idarə olunmasında bilbaşa iştirak edib.

Odur ki, hüquq-mühafizə orqanlarının Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafail Mehralıyevin də fəaliyyətini araşdırmasına ciddi zərurət var”.

Vidadi Əliyevlə bağlı təxminən iki il bundan əvvəl bir sahibkarın başına gətirdiyi əməllərin videoyazısını sizlərə təqdim edirik:

 

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300