Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk iki oyunu keçirilib -NƏTİCƏLƏR

 

Çempionlar Liqasında (ÇL) 1/8 final həyəcanı başlayıb. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk iki oyunu keçirilib.

 

 

ÇL-in son finalçısı "Yuventus” Premyer Liqanın iddialı komandalarından "Tottenhem”i qəbul edib. Tərəflərin avrokuboklarda ilk duelləri kimi tarixə düşən qarşılaşma bərabərliklə başa çatıb. 16 oyundu məğlubiyyət üzü görməyən və son 11 matçın hamısında qələbə qazanan "qoca sinyora" 2 qol fərqi ilə önə keçdiyi matçda üstünlüyünü qoruya bilməyib. Səfərdən sərfəli heç-heçə ilə qayıdan "Tottenhem" isə cavab oyunu öncəsi böyük üstünlük qazanıb.

 

 

Digər qarşılaşmada isə "Bazel” Çempionlar Liqasının favoritlərindən olan "Mançester Siti”ni qəbul edib. "Şəhərlilər” səfərdə darmdağına sevinib. Qvardiolanın komandası 4 cavabsız qolla cavab oyununu formallığa çevirib.

 

 

Çempionlar Liqası

 

1/8 final mərhələsi, ilk oyunlar

 

 

13 fevral

 

"Yuventus” (İtaliya) – "Tottenhem” (İngiltərə) - 2:2

 

Qollar: İquayn, 2, 9 (pen.) - Keyn, 35, Eriksen, 72

 

Baş hakim: Feliks Brix (Almaniya)

 

"Yuventus" stadionu, Turin

 

"Bazel” (İsveçrə) – "Mançester Siti” (İngiltərə) - 0:4

 

Qollar: İlkay, 14, 53, Silva, 18, Aquero, 23

 

Baş hakim: Yonas Eriksson (İsveç)

 

"Sankt-Yakob Park", Bazel

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300