Müsavat birgə mübarizənin təşkili üçün siyasi qüvvələrə yenidən müraciət etdi

 

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən "Basta”ya verilən məlumata görə, iclasda əvvəlcə Mərkəzi İcra Aparatının rəhbəriGülağa Aslanlı görülən işlər və qərarların icrası barədə məlumat verib.

Divanda 2018-ci il aprelin 11-nə təyin olunan növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi ilə bağlı Müsavat Partiyası Məclisinin növbəti sessiyası geniş müzakirə olunub.

Elan olunmuş saxta seçkilərə etiraz kampaniyasının təşkili ilə əlaqədar müvafiq qərarlar qəbul edilib. Mübarizənin birgə təşkili məqsədi ilə ölkədə fəaliyyət gösrtərən real müxalifət qüvvələrinə yenidən müraciət olunması məqsədəuyğun sayılıb.

Divanda MSDM-nin sədriİsa QəmbərinABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müaviniBricet Brinkləgörüşü ilə bağlı məlumat verilib.

Divanda Cümhuriyyətin 100 illiyi ilə bağlı hazırlıq işləri ilə əlaqədar müvafiq qəraralar qəbul edilib.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300