Məclis qərar verdi: Müsavat seçkilərdə iştirak etməyəcək

 

Bu gün Müsavat Partiyası Məclisinin növbədənkənar sessiyası keçirilib. Sessiyada aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri müzakirə edilib.

3 saatdan artıq davam edən müzakirələrdən sonra Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib.

Partiyanın başqanı Arif Hacılı bildirib ki, Müsavat seçkilərə qoşulmasa da, seçki saxtakarlığına fəal mübarizə aparacaq. Arif Hacılı bu mübarizəni demokratik düşərgədə olan digər partiya və təşkilatlarla birgə aparmağa hazır olduqlarını da açıqlayıb.

bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300