Türkmənçay müqaviləsinin imzalanmasından 190 il ötür » Ulu Yol Xəbər portalı

            Türkmənçay müqaviləsinin imzalanmasından 190 il ötür

 

Bu gün Azərbaycanın taleyində həlledici təsirləri olan Türkmənçay sülh müqaviləsinin imzalanmasından 190 il ötür.

APA-nın xəbərinə görə, bu müqavilə ilə iki il davam edən II Rusiya-İran müharibəsi başa çatıb.

Müqaviləni Təbriz yaxınlığındakı Türkmənçay kəndində Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Fətəli şahın oğlu Şahzadə Abbas Mirzə imzalayıblar. Müqaviləyə əsasən, Araz çayından şimaldakı Azərbaycan torpaqları Rusiyanın tərkibinə qatılır, İrəvan və Naxçıvan da Rusiyaya verilirdi. Xəzər dənizində yalnız rus hərbi gəmiləri saxlanıla bilərdi. İran Rusiyaya 20 milyon manat təzminat verməli idi. İrandan Qafqaza və Qafqazdan İrana əhalinin sərbəst keçməsinə icazə verilirdi.

1813-cü ildə imzalanmış Gülüstan müqaviləsinin davamı olan Türkmənçay müqaviləsi ilə Araz çayından şimaldakı və cənubdakı Azərbaycan torpaqlarının Rusiya və İran arasında bölüşdürülməsi prosesi rəsmən başa çatıb. Məhz bu müqavilədən sonra ermənilərin kütləvi surətdə Şimali Azərbaycan ərazilərinə köçürülməsinə başlanıb. 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən 90 min erməni Azərbaycana köçürülüb

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300