Əfqan Muxtarlı müvəqqəti azadlıqda » Ulu Yol Xəbər portalı

                 Əfqan Muxtarlı müvəqqəti azadlıqda

 

Həbsdə olan jurnalist Əfqan Muxtarlı bu gün saxlandığı Şəki İstintaq Təcridxanasından müvəqqəti olaraq buraxılıb. Bu haqda "Basta”ya Müsavatın Divan üzvü Elman Fəttah məlumat verib.

.

Əfqan Muxtarlı artıq Zaqataladadır. Ona əzizlərinin 40 mərasimində iştirak etmək üçün iki gün möhlət verilib. Jurnalist Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının nəzarəti altındadır.

 

"Basta”nın əldə etdiyi məlumata görə, Əfqan Muxtarlının yas mərasimində iştirak etmək üşün sərbəst buraxılmasına diplomatik korpusun nümayəndələri ilə hakimiyyət arasında aparılan danışıqların sayəsində razılıq verilib.

 

Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist ona qarşı irəli sürülən ittihamların uydurma olduğunu bildirib.

 

2017-ci il dekabrın 31-də onun bacısı Nuranə Muxtarlı iki azyaşlı uşaqla birgə faciəvi şəkildə həlak olub.

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300