Həyəcan, stress və soyuq su hansı xəstəliyə səbəb olur... -XƏBƏRDARLIQ

 

Son vaxtlar cəmiyyətdə yaddaşsızlıqdan şikayət edənlərin sayı artır. Yaddaş pozğunluğu problemlərindən biri də yaddaşın keçici olaraq itməsidir (Transient Global Amneziya). Bu, ani olaraq ortaya çıxan (bir neçə dəqiqədən başlayaraq) və 24 saatdan qısa müddətdə düzələn bir haldır.

Publika.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının nevroloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Nuridə Tağıyeva bu halın yaranma səbəblərinə aydınlıq gətirib. Onun sözlərinə görə, ağır fiziki iş, həyəcan, güclü stress, anidən soyuq suya düşmək, bəzi dərmanların istifadəsi kimi faktorlar yaddaşın keçici olaraq itməsinə səbəb ola bilir.

"Pasient bu hal zamanı oyanıq olur, iflic və ya tək tərəfli uyuşma kimi başqa bir əlamətləri olmur. Xəstələrin huşu itməsə də "dəli” kimi olular. Çox vaxt ətraflarında insanlar olduqda - Haradayam? Sən kimsən? kimi sualları təkrar-təkrar soruşurlar. Bu zaman həmin insanlar etdikləri işi davam etdirə, məsələn, avtomobil idarə edə və ya yemək bişirə bilərlər. Bu əlamətlər hər kəsdə rast gəlinə bilər. Kişilərdə və 60 yaşdan yuxarı insanlarda da bu hal müşahidə edilir. Bu, beynin gicgah payının funksiyasının keçici olaraq pozulmasından qaynaqlanır. Xüsusi müayinə metodları ilə aparılan tədqiqatlar zamanı həmin an bu bölgənin fəaliyyətinin azaldığını aşkar ediblər. Bu hal epilepsiya, miqren, ürək xəstəlikləri ilə də qarışa bilir”.

Nevroloq vurğulayıb ki, bu tərz şikayətləri olan insanlar mütləq həkim nəzarəti altında olmalıdırlar: "Onlar xüsusi şəkildə müayinə olunmalı və müvafiq müalicə almalıdırlar. Bu halı yaşamış insan qısa müddətdən sonra tamamilə düzəlsə də, mütləq nevroloq-həkimə müraciət etməlidir. Çünki, bu əlamətlər son dərəcə önəmli bir xəbərdaredici haldır”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300