Maykl Pens:
"ABŞ KXDR-ə qarşı yeni sərt və aqressiv
sanksiyalar paketi hazırlayır"
Vaşinqton KXDR-in raket-nüvə proqramına son qoyulması məqsədilə Pxenyana qarşı yeni sərt və aqressiv sanksiyalar paketi hazırlayır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pens Yaponiya baş naziri Şindzo Abe ilə danışıqlardan sonra bildirib.
"ABŞ tezliklə KXDR-ə qarşı ən ağır və aqressiv iqtisadi sanksiyaları tətbiq edəcək. Onları nüvə silahlarının və ballistik raketlərin hazırlanması proqramlarından əl çəkənə qədər təcrid edəcəyik", - M.Pens vurğulayıb.