Müsəlman ölkələrindən Fələstinə böyük DƏSTƏK

 

Müsəlman ölkələrindən Fələstinə böyük dəstək verilib.

Modern.az xəbər verir ki, ötən gün Fələstinin mərkəzi Ramalla şəhərində "Qüds – İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramının təntənəli açılış mərasimi baş tutub. İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilən proqramın açılış tədbirində, İsrail tərəfindən törədilən bəzi süni maneələr baxmayaraq, 10-u nazir səviyyəsində olmaqla, 30-dan artıq İƏT ölkəsinin rəsmi nümayəndə heyəti iştirak edib. Açılış mərasimində eyni zamanda, "Gənclər Paytaxtı” proqramının 14 İƏT üzv ölkəsinin dövlət başçılarından ibarət Qəyyumlar Şurasının yaradılması elan edilmiş və bu Şuranın ilk işçi iclası keçirilib.

Təşkilatın ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Fələstin dövlət başçısının iqamətgahında keçirilən açılış mərasimində Fələstinin Gənclər və İdman Naziri Cibril Racub və İƏT Gənclər Forumunun sədri səfir Elşad İskəndərov Programı rəsmən açıq elan etdilər.

Elşad İskəndərov öz çıxışında Qüdsün İslami kimliyininin hədəfə alındigi çətin bir vaxtda, musəlmanların ilk Qibləsi olan bu şəhərin Gənclər Paytaxtı elan edilməsini əməldə İslam Həmrəyliyinə töfhə kimi dəyərləndirdi. Proqram və onun icra edən İƏT Gənclər Forumuna qarşı, bu proqramı saxlamaq üçün törədilən əngəllərdən danışan, bütün bu çətinliklərə rəğmən qurumun Proqramı davam etdirməkdə qərarlı olduğunu vurğulayan E.İskəndərov, İƏT ölkələrini əməldə həmrəylik nümayiş etdirməyə dəvət edib.

Fələstin dövlətinin rəhbəri Mahmud Abbas çıxış edərək, bu layihənin əsas müəllifi olan, Azərbaycan və Türkiyə hökumətlərinin təşəbbüsü ilə təsis olunmuş İƏT Gənclər Forumunun fəaliyyətlərinə yüksək qiymət vermiş, "Qüds – İslam Dünyası Gənclər Paytaxtı” proqramının Qüdsün Fələstin paytaxtı elan edilməsi haqda İƏT Zirvə Toplantısının əməli müstəviyə keçəcəyinin müqəddiməsi olduğuna inamını ifadə etmiş, Qüdsü Fələstindən ayırmaq istəyənlərə layiqli cavab adlandırmış, eləcə də bu il Bakı şəhərində keçiriləcək İƏT Gənclər və İdman Nazirlərinin növbəti sessiyasında "Qüds – Gənclər Paytaxtı” proqramına üzv-ölkələrin daha yüksək səviyyədə dəstək verəcəyinə ümid etdiyini bildirib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov öz çıxışında keçən ilin Azərbaycanda ölkə başçısı İlham Əliyev tərəfindən İslam Həmrəyliyi ili olunduğu, bu istiqamətdə keçirilmiş tədbirlər haqda məlumat vermiş, Azərbaycanın bu istiqamətdə siyasətini bundan sonra da davam etdirəcəyini qeyd edərək, Qüds – İƏT Gənclər Paytaxtı proqramının uğurla həyata keçməsi üçün Azzərbaycanın lazımi dəstək verəcəyini bildirib.

Açılış mərasimində həmçinin, Türkiyə, İordaniya, Kuveyt, Qatar, Pakistan, Bəhreyn, Mərakeş kimi ölkələrin gənclər və idman nazirləri çıxış etmiş, eləcə də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Erdoğanın və İƏT-in baş katibi Yusif Əl-Useyminin tədbir iştirakçılarına ünvanlanmış təbrik məktubları oxuub.

Açılış mərasimi çərçivəsində Fələstin tarixində ilk dəfə, İƏT Gənclər Forumunun təşəbbüsü ilə, gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirəcək və milli dialoqa dəstək olacaq Fələstin Gənclərinin Milli Şurasının yaradıldığı da elan olundu.

Qeyd edək ki, "İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramı İƏT Gənclər Forumunun təşəbbüsü və koordinasiyası ilə ilk dəfə 2015-ci ildən həyata keçirilməyə başlamış, 2016-cı ildə İstanbul, 2017-ci ildə isə Malayziyanın Putracaya, Mərakeşin Fəs və İranın Şiraz şəhərləri İslam dünyası gənclər paytaxtı elan olunmuşdu.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300