Azərbaycanlı jurnalist aclıq aksiyasına başladı – İntihar etmək istəyir –FOTOLAR

 

Qazaxda jurnalist aclıq aksiyasına başlayıb.

Minval.info xəbər verir ki, jurnalist Fəridə Əbülfəti rayon ərazisində ağacların kəsilməsinə diqqət çəkmək üçün belə bir addım atıb. Fəridə Əbülfəti meşə zolağının gəlir məqsədilə qırıldığını qeyd edir:

"2006-ci ildən bu günə qədər Qazaxda "Qırmızı kitab”a düşən ağacları, şam, qozalı çinar ağaclarını kəsirlər, məndə faktlar da var. 1970-ci ildə mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə rayonda 62 hektar meşə zolağı salınmışdı. İndi, guya, rayonun ərazisini böyütmək üçün meşə zolağını qırıb torpaq sahəsinə çevirirlər.

Rayonun cəmi 95 min əhalisi var. Rayonun abadlaşdırılması və sahəsinin böyüdülməsi üçün Ağköynək kəndi nəzərdə tutulub. Ancaq bura icra başçısı Rəcəb Babaşov başda olmaqla, icra işçilərinə sərf etmir, çünki torpağı sata bilməyəcəklər.

Meşə zolağını qırıb, həmin torpaqları satışa çıxacaraqlar. Artıq bütün sənədləri hazırlayıb Nazirlər Kabinetinə göndəriblər. Mənim heç bir şəxsi məqsədim və ya problemim yoxdur, sadəcə bu öz başınalığıa etiraz edirəm. Biz güllə qarşısındayıq, Ermənistanla bizim aramızda elə də bir məsafə yoxdur. Rayonun 7 kəndi də işğal altındadır. Onsuz da, pis vəziyyətdə olan insanları oksigendən də məhrum etmək istəyirlər?

 

Görüntünün olası içeriği: 1 kişi, gökyüzü ve açık hava

"11 gündür dilimə sudan başqa heç nə dəymir”

Burada bir insan həyatından söhbət gedir. Artıq 11 gündür aclıq aksiyasına davam edirəm. Həkimlər də yoxlaya bilər ki, 11 gündür dilimə sudan başqa heç nə dəymir. İnsan həyatı bu qədər dəyərsizdir? Hətta mən intihara da cəhd edəcəkdim, məni sakitləşdirdilər”.

Jurnalist rəsmi orqanlardan reaskiya almadıqca aclıq aksiyana son qoymayacağını bildirir:"27 yanvarda yazılı sürətdə Qazax Rayon İcra Hakimiyyətinə bildirmişəm. Heç bir cavab yoxdur. Daha sonra 1 fevralda Prezident Aparatına da yazdım. Təəssüflər olsun ki, heç bir cavab yoxdur. İcra işçiləri Qazaxı ayrıca bir respublika kimi idarə etmək istəyirlər, elə bil rayonu atalarına hədiyyə ediblər. İstədikləri atı çapırlar. Bir nəfər səsini çıxarmalıdır ya yox? İcra Hakimiyyəti mənim yazılı müraciətimə eynilə yazılı formada cavab vermədikcə mən aksiyanı dayandırmayacağam. Mən hüquqi dövlətdə yaşayan bir vətəndaş kimi müraciət etmişəm, cavab almaq da hüququmdur. Bəlkə, elə mən haqsızam. Hər bir halda mənə bir cavab verilməlidir”.//Minval.İnfo

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300