Afrin qalaya çevrilib: Türkiyəni ağır döyüşlər gözləyir –Şərh

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı hərbi əməliyyat indiyədək yalnız kəndləri əhatə edirdi. Kəndlərdə hərbi əməliyyat aparmaq isə böyük hərbi və insani resurslar tələb etmirdi.

Teleqraf.com-un məlumatına görə, bunu Türkiyənin Afrin bölgəsində apardığı hərbi əməliyyat zamanı canlı qüvvə və hərbi texnika itkisinin artmasına, həmçinin, hərbi əməliyyatların gedişinə münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

O əlavə edib ki, ancaq Afrin Suriya miqyasında böyük şəhərlərdən biridir:

"Həm də bura PKK-çıların, YPG-çilərin, yəni bütün kürd yaraqlılarının yığnağıdır. Məsələn, Şimali İraqdakı kürd muxtariyyətində Ərbil nə qədər böyük əhəmiyyətə malikdirsə, burda da Afrin böyük əhəmiyyətə malikdir. Əməliyyatların gedişi zamanı bəlli oldu ki, kürd yaraqlıları burda çox mürəkkəb, hətta, Bağdadda, yaxud Dəməşqdə olmayacaq qədər möhkəmləndirilmiş hərbi istehkamlar, istehkam xətləri, tunellər yaradıblar. Bu istehkam xətləri həm sığnacaq, həm müdafiə, həm də silahların saxlandığı yer rolunu oynayırmış. Bu mənada Afrinə yaxınlaşdıqca itkilər artır. Çünki Afrində olan və özlərini demokratik Suriya birlikləri adlandırılan qüvvələr ABŞ-ın verdiyi silahlardan istifadə etməyə başladılar. Əgər əvvəlcə kürd yaraqlılarının əlində pulemyot və ya "Kalaşnikov” avtomatları var idisə, Türkiyənin əlində artilleriya, tank əleyhinə silahlar, dronlar var idi. Bundan əlavə Türkiyə Hərbi Hava Qüvvələri bütün əməliyyatlara havadan dəstək verirdi. Ona görə də əməliyyatlar çox uğurla gedirdi”.

Q.Hüseynli qeyd edib ki, Afrinə yaxınlaşdıqca mülki əhali də artır:

"Üstəlik, yaxşı silahlanmış kürd yaraqlıları burda pusqular qurur, ABŞ-ın verdiyi çox müasir tankvuran silahlardan istifadə edirlər. Hətta, deyilənlərə görə onlarda hərbi təyyarələri vurmaq üçün yer-göy tipli raketlər də var. Afrində, yəni şəhər mühitində hərbi əməliyyatların aparılması xüsusi hərbi ustalıq və məharət tələb edir. Çünki söhbət mülki əhalinin taleyindən, həmçinin, pusqu qurub qəflətən xaincəsinə hücuma keçməyi bacaran PKK-çıların və YPG-çıların çevik və manevrli hərəkətlərindən gedir. Bu da Türkiyə ordusunda müəyyən itkilərin olmasına gətirib çıxarıb. Zənnimcə, minədək terrorçunun zərərsizləşdirilməsi fonunda, acı da olsa, 27 mülki şəxsin və hərbçinin həlak olması o qədər də böyük rəqəm deyil”.

Bununla belə, Q.Hüseynli qeyd edib ki, bütövlükdə Afrin uğrunda döyüşlər çox çətinləşib:

"Buraya Avropa ölkələrindən könüllülərin gətirilməsi barədə məlumatlar var. Üstəlik, əməliyyatların dayandırılması ilə bağlı beynəlxalq ictimaiyyətin Türkiyəyə təzyiqləri artıb. Bu məsələnin BMT-də müzakirəyə çıxarılması məsələsi də səsləndirilməyə başlanıb. Bu səbəbdən Türkiyə Menbiç bölgəsində də əməliyyat keçirəcəyini dedikdə artıq ABŞ səsini ucaldır və daha ciddi surətdə müqavimət göstərir. Menbiçdə ABŞ-ın məhdud sayda xüsusi təyinatlıları və təlimatçılar qrupu var. ABŞ həmin qrupu geri çəkməyəcəyini və ABŞ bayrağını sökməyəcəyini bildirir. Yəni, əməliyyatlar özünün daha mürəkkəb və həlledici fazasına daxil olub. İnanmaq istərdim ki, Türkiyə Silahlı Qüvvələri bu sınaqdan da zəfərlə çıxacaq”.

Səxavət Həmid, teleqraf.com

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300