Babək prospektində yağış – kanalizasiya sisteminin qurulması zamanı ciddi fəsadlara səbəb olacaq yanlışlıqlara yol verilir » Ulu Yol Xəbər portalı

   Babək prospektində yağış–kanalizasiya sisteminin qurulması zamanı ciddi fəsadlara səbəb olacaq yanlışlıqlara yol verilir

 

Beton boruların üzəri yumşaq qumla örtülməli olduğu halda əslində daşlı torpaqla örtülür.

Yol mədəniyyətdir. Qarşısına turizmin inkişafını hədəf kimi qoyan ölkələr öncə yol infrastrukturunun inkişafına önəm verməlidirlər. Xatırladaq ki, ölkəmizdə son bir neçə ildə cənab Prezidentin şəxsi təşəbbüsü ilə nəinki beynəlxalq əhəmiyyətli magistral yolların, hətta kənd yollarının belə çəkilişinə üstünlük verilir. Lakin bu sahədə qüsursuz deyil. Əslində dövlət öz üzərinə düşəni vicdanla yerinə yetirir. Lakin dövlət görəvini şəxsi maraqları istiqamətində istifadə edən bəzi məmurlar rəhbərlik etdikləri layihələri özlərinin qazanc mənbəyinə çevirirlər. "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik Babək prospektinin yenidən qurulması işlərinə start verib. Prospektin uzunluğu 9.2 km, eni isə 24 m təşkil edir. 3 gediş və 3 gəliş olmaqla hərəkət zolaqlarının sayı 6-dır. Babək prospekti üzərində tikilən qovşaqlar nəqliyyatın hərəkətini xeyli sürətləndirməyə hesablanıb. Bu da gələcəkdə paytaxtın ən hərəkətli prospektlərindən birində tıxac probleminin həlli deməkdir. Hal – hazırda qovşaqlar da daxil olmaqla yol uzun illər istismar olunduğundan, hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlib. Bu isə öz növbəsində prospekt boyu hərəkətdə müəyyən problemlərə səbəb olur. Məhz bütün bunlar nəzərə alınaraq "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən prospektin əsaslı şəkildə yenidən qurulması işlərinə başlanılıb. Aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır. Bunun əvəzinə yenidən kipləşdirmə işləri aparılır. Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunacaq, zəruri olan yerlərdə yeni sistem qurulacaq. Oxucuların nəzərinə onu da çatdıraq ki, layihə olaraq Babək prospektində aparılan işlər media orqanı olaraq tərfimizdən təqdir edilirdi, amma… Conflict.az-a etibarlı mənbədən daxil olan məlumata görə mövcud yağış – kanalizasiya sisteminin yenidən qurulması zamanı gləcəkdə ciddi fəsadlara səbəb olacaq yanlışlıqlara yol verilir. Belə ki, yağış – kanalizasiya sisteminin yenidən qurulması zamanı beton boruların üzəri yumşaq qumla örtülməli olduğu halda əslində isə daşlı torpaqla örtülür. Bu isə həmin boruların istismara verilmədən öncə ciddi zədələnməsinə səbəb olur. Mənbənin bildirdiyinə görə daşlı torpaq yumşaq qumdan daha ucuz qiymətə olduğu üçün podratçı təşkilat bu məsələyə daha çox üstünlük verir. Xatırladaq ki, 9,2 km uzunluğunda olan prospekt boyu bu cür "qiymət” siyasəti ciddi məbləğli dövlət vəsaitinin əldə olunması deməkdir. Onu da qeyd edək ki, beton boruların üzərinə tökülən daşlı torpağın yaradacağı fəsadların aradan qaldırılmasına xərclənəcək dövlət vəsaiti isə daha ciddi məbləğdə olacaq. Yeni çəkilmiş asfalt örtüyünün, yol yatağının və zədələnmiş boruların bərpası, işçi qüvvəsi və s. Bu kimlər üçünsə növbəti qazanc yeridirsə, dövlət büdcəsi üçün isə ciddi itkidir. "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan yol infrastrukturunun qurulması işlərinin 2018-ci ildə yekunlaşması nəzərdə tutulub.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır və dərc etməyə hazırdır.

Mövzuya qayıdacağıq.

conflict.az

Babək prospektində yağış – kanalizasiya sisteminin qurulması zamanı ciddi fəsadlara səbəb olacaq yanlışlıqlara yol verilirBabək prospektində yağış – kanalizasiya sisteminin qurulması zamanı ciddi fəsadlara səbəb olacaq yanlışlıqlara yol verilirBabək prospektində yağış – kanalizasiya sisteminin qurulması zamanı ciddi fəsadlara səbəb olacaq yanlışlıqlara yol verilir

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300