Putin yeni dünya düzəni ilə öz baxışlarını reallığa çevirir- Ştefan Mayster » Ulu Yol Xəbər portalı

                   Putin yeni dünya düzəni ilə öz baxışlarını reallığa çevirir- Ştefan Mayster

 

"Hakimiyyətə gəldiyi ilkin dövrlərdə beynəlxalq arenada aşkar autsayder sayılan Vladimir Putin indi rəqib ölkələri özünün yeni dünya düzəni haqqında ideyalarına uyğun rəqs etdirir”.

Musavat.com xəbər verir ki, bu qəribə bənzətmə İsveçrənin "Neue Zürcher Zeitung” qəzetində, Robert Boş adına alman fondunun Mərkəzi və Şərqi Avropa, Rusiya və Mərkəzi Asiya araşdırmaları mərkəzinin rəhbəri Ştefan Maysterin məqaləsində yer alıb.

Rusiya prezidentinin usta siyasətçi olaraq təsvir olunduğu yazıda Qərb bir çox məsələlərdə ona qarşı lazımi anda və dərəcədə reaksiya verməməkdə günahlandırılıb.

Maysterin firkincə, Putin NATO ilə müqayisədə əlindəki məhdud resurslardan bacarıqla istifadə edərək onu ölkəsinin beynəlxalq prestijinin artması yolunda effektiv şəkildə sərf edən usta taktikdir.

"Bugünkü Rusiya rəhbərliyi aşkar surətdə strateji uzaqgörənliyə malik deyil. Lakin Avropa Birliyindən fərqli olaraq Kreml qarşısında dəqiq formalaşmış və uğurla yerinə yetirilən hədəflər qoyub”, - məqalədə yazılıb.

Müəllifin fikrincə, bu hədəflər Rusiyanın Vaşinqton qarşısına bərabər səviyyədə güclə çıxması, postsovet məkanındakı qonşu dövlətlərin suverenliklərinin məhdudlaşdırılması və beləliklə, onların Rusiyanın nüfuz zonalarına daxil edilməsi, habelə Qərbin demokratikləşmə ilə bağlı siyasətinin həm Rusiyanın ətrafında, həm də ümumiyyətlə, bütün dünyada sona çatdırılmasından ibarətdir.

"Rusiya rəhbərlyi üçün biz dünya düzəninin yeni transformasiyası mərhələsinə qədəm qoymuşuq. Buna görə, razılaşdırılmış qaydalar və beynəlxalq hüquq prinsipləri güclülərin hakimiyyətindən daha az qüvvəyə və avtoritetə malikdir. Almaniya və AB-dən fərqli olaraq Moskva yeni dünyaya daha hazrılıqlı görünür. Çünki Kremlin xaos, güvənsizlik situasiyalarda, habelə zəif və ya ümumiyyətlə olmayan dövlətçiliyə malik dövlətlərlə münasibətlərdə təcrübəsi olduqca böyükdür. Bütün bunları Rusiya Şərqi Ukrayna kimi yerlərdə olduğu kimi "nəzarət olunan sabitsizlik” siyasətinin köməyi ilə asanlıqla yarada bilir”, - Mayster qeyd edir.

Ekspert Rusiyanın son illərdə Qərb demokratiyalarının zəif yerlərindən ustaqlıqla istifadə edərək beynəlxalq arenada əsas pozucu qüvvə kimi özünü təsdiqlədiyini bildirir.

"Daxili nəzarət, yumşaq nüfuz etmə metodları və xarici sərhədlərdə hərbi gücün birgə kombinasiyası Kremlin özünü doğru yolda, Qərbi isə izini itirmiş vəziyyətdə hiss etməsinə gətirib çıxarıb”, - Mayster yazır.

Müəllifin firkincə, "silahlı Rusiyaya” ən böyük cavab "aşkar qorxutma” siyasəti olmalıdır. "Biz açıq cəmiyyətlərə həm daxili, həm də xarici sərhədlərdə mübarizəni doğru aparsaq Putinin özünü böyük dövlət kimi təqdim etdiyi ərazilərdən sıxışdırıb çıxara bilərik”, - yazının yekunuda qeyd olunub.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300