Kefiniz olsun, Hacıbala Abutalıbov müəllim!

Salam. Necəsiniz, Hacıbala Abutalıbov müəllim?

 

Nə işlə məşğulsunuz? Bakıda nə var, nə yox?

O gün nə qədər gülmüşəm. Nə qədər güldümsə, qulaqlarım diblərindən laxladılar. Gözlərimin qarası yoxa çıxdı. Axır vaxtlar ağzım bu qədər hədəqəsindən çıxmamışdı. Mən heç vaxt güləndə özümü görməmişəm, gülə-gülə güzgü axtardım ki, görüm güləndə necə görünürəm. Bir az da güzgünün qabağında güldüm, pis görünürəmmiş güləndə. Həqiqətən, adam nə qədər eybəcər görünürmüş güləndə.

Qınamayın məni, az-az gülən adamam. Fürsət düşəndə gülürəm. Bu dəfə də "fürsət bu fürsətdir” deyib, nə qədər gülmüşəm. Allaha and olsun, bir xeyli güldüm. Necə şaqqanaq çəkdimsə, ciyərlərim dişlərimə dəyib dala qayıtdılar.

Güləndə güzgüdə özümə baxmaq istədim. Sözümü qəribçiliyə salarsınız ki, durub siz boyda adama məktub yazıram, özüm də qayıdıb gülməkdən yazıram. Amma Hacıbala Abutalıbov müəllim, gülməkdən elə-belə söz salmamışam. Mən gülməyi sizdən öyrənmişəm. Necə deyim sizə, bu dünyada gülə-gülə öz işini görən yeganə adam sizsiniz ki, siz də bəxtimizdən bizim payımıza düşmüsünüz. Nə qədər sevincliyəm. Nə qədər xoşbəxtəm. Bakılıların nə qədər bəxti gətirib. Hərçənd ki, mən bakılı deyiləm, Yevlaxdan mühacirət etmiş "qaçqın”lardanam.

Onu deyirdim axı, o gün nə qədər gülmüşəm. Eşitdim ki, Ukraynadan bir qrup adam gəlib ki, sizdən öyrənsin. Saytlarda da yazırdılar ki, Ukraynadan çoxlu adam gəlib ki, Hacıbala Abutalıbovdan öyrənsinlər. Sözün açığı, heç xəbərin içini oxumadım. Elə məni də gülmək bu yerdə tutdu ki, görəsən, "xaxollar” sizdən nə öyrənəcəklər?

Hazırda sizə yazarkən də göz yaşlarıma hakim ola bilmirəm. Bu, xoşbəxtliyin partıltısıdır, ələm və iztirabın əlaməti deyil.

Təsəvvür edirəm də, "xaxollar” qarşınızda durublar, əllərini də biri-birinin içində sıxıb sizə qulaq asırlar. Başlarını da bir az sağa əyiblər. İndi necə istərdim ki, səsimi eşidəsiniz də, Hacıbala Abutalıbov müəllim! Necə şaqqanaq çəkirəm. Kefiniz olsun, Hacıbala Abutalıbov müəllim.

Hacıbala Abutalıbov müəllim, Bakıda nə var, nə yox?

Hə, onu deyirdim axı, Kiyevdən bir qrup "xaxol” Bakıya gəlib ki, sizdən öyrənsin. Mənə də, Bakıya yerdə qalan rayonlardan gəlmiş digər "qaçqınlara”, elə bakılıların özlərinə də maraqlıdır ki, Hacıbala müəllim, o binəvalara nə öyrədəcəksiniz?

Məsələn, bir "filfilo” ilə ağacları necə daşa çevirməyi, ya yolun ortasında necə bina tikməyin yollarını? Bəlkə siz, "xaxollara” "İcra başçıları paytaxtın boş ərazilərinə necə qənim kəsilməli?” mövzusunda seminar keçəcəksiniz? Nə bilim, bəlkə də "Paytaxtı bir qaşıq suda necə boğmaq olar?” məsələsinin sirrini açacaqsınız? Ya o "xaxollar”a "Partlamış kanalizasiya borularından axan sulardan necə səmərəli istifadə etməli?” fenomeninin sirlərini öyrədəcəksiniz? Sizin bildiyiniz o qədər şey var ki, Hacıbala Abutalıbov müəllim, saymaqla bitməz.

Vallah, nə deyim, müəllim? Heç bilmirəm, nə yazım, nə deyim?

Kefiniz olsun, Hacıbala Abutalıbov müəllim!

A "xaxollar”, nağayırırsınız burda?

Heç bilmirəm, indi keçirdiyim hisləri necə izah edim? Adam güləndə bunu yazıda necə səsli formada izah edə bilər? "Ha, ha, ha”, yazım? Ya üç-dörd yan-yana belindən bükülmüş mötərizə qoyum?

Kefiniz olsun, Hacıbala Abutalıbov müəllim!


Mənsur Rəğbətoğlu

 

(cebhe.info)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300