Vərəmə tutulmamaq üçün 5 SADƏ MƏSLƏHƏT

Vərəm hava-damcı yolu ilə keçən infeksion xəstəlikdir. Bu infeksiyanı vərəm mikobakteriyaları (digə adı – Kox çöpləri) yaradır.

Vərəm xəstə insandan sağlam insana çox asan keçir. İnsan bu infeksiyaya istənilən ictimai yerdə (dükan, məktəb, uşaq bağçası, metro, avtobus və s.) yoluxa bilər. Orqanizmə düşdükdən sonra Kox çöpləri qan və limfa axını ilə bütün orqanizm boyu yayılır və bu səbəbdən bir çox orqanlarda xəstəlik yarada bilirlər (dəri, cinsiyyət orqanları, sümüklər, bağırsaq, gözlər və s.). Lakin daha tez-tez agciyər vərəminə təsadüf edilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada yaşayan insanların 1/3 hissəsində latent vərəm var. Bu o deməkdir ki, bu insanlar artıq vərəm infeksiyasına yoluxub, lakin (hələ) xəstə deyillər və infeksiyanı digər insanlara ötürmürlər. İmmun sistemi müxtəlif səbəblərə görə (xroniki xəstəliklər, yaşlanma, stress, natamam qidalanma və s.) zəiflədikdə bu insanlarda vərəm xəstəliyi inkişaf edə bilər.

Hal-hazırda vaxtında aşkar olunmuş vərəm tam müalicə olunur və insan sağalır.

Vərəm xəstəliyindən qorunmaq üçün bəzi sadə qaydalara əməl etmək lazımdır. Uluyol.Az saglamolun.az-a istinadən bu qaydaları təqdim edir:

1. Gigiyena qaydalarına ciddi riayət edin. Xüsusilə çöldən evə qayıtdıqdan sonra mütləq əllərinizi yaxşı yuyun, çöldə, ictimai yerlərdə üzünüzə, gözlərinizə, ağzınıza toxunmayın. Evin bütün səthlərini tez-tez nəm əski ilə silin, evin havasını gündə bir neçə dəfə dəyişin.

2. Yaxşı qidalanın. Qidalanmada mütləq zülallarla zəngin olan məhsullar (ət, yumurta, süd məhsulları) olmalıdır. Zülallar immun sisteminin normal fəaliyyəti üçün ən vacib olan maddələrdir.

3. Siqaret çəkməkdən imtina edin. Siqaret çəkən insanlar vərəm infeksiyasına görə risk qrupuna daxildir.

4. İdmanla məşğul olun, hər gün açıq havada gəzin.

5. Stresli vəziyyətlərdən qaçın. Stress immun sistemini zəiflədir ki, bu da infeksion və digər xəstəliklərin inkişafına şərait yaradır.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300