Qarabağ qazisinin türk əsgərinə jesti sosial şəbəkələrdə rekord qırır (VİDEO)

 

2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən kəşfiyyatçı, baş leytenant Kamil Musəvi Afrin əməliyyatlarında PKK terrorçularına qarşı döyüş aparan türkiyəli əsgərlərə dəstək olmaq məqsədilə video hazırlayıb.

 

 Qarabağ qazisi müraciətində canının qalan hissəsini Türkiyə uğrunda fəda etməyə hazır olduğunu bildirib:

 

"Türk qardaşlarım Afrində haqq döyüşü aparır, haqq uğrunda savaşırlar. İnsanları kütləvi şəkildə məhv edən terrorçuların kökünü kəsir. Mən bir Azərbaycan qazisi, türk oğlu olaraq qardaşlarıma səslənirəm. Ayağımı və gözümü doğma torpaqlarımız, Qarabağımız uğrunda fəda etdiyim kimi canımın qalan hissəsini də ikinci dövlətim olan Türkiyə uğrunda fəda etməyə hazıram. Allah sizi qorusun, güc, qüvvət versin".

 

Kamil Musəvinin müraciəti türkiyə mediasında da yayımlanıb və sosial şəbəklərdə geniş müzakirələrə səbəb olub.

 

Qeyd edək ki, Kamal Musəvi 2015-ci ilin oktyabr ayında Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən düşmənin minasının partlaması nəticəsində ayağını və gözünü itirib.//ann.az

 

Uluyol.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300