Türkiyədə daha bir bələdiyyə sədri istefa verib

 

Türkiyənin Çorum bələdiyyəsinin sədri Muzaffer Külcü istefa verib.

"Report” "Ahaber”ə istinadən bildirir ki, hakim Ədalət və İnkişaf Partiyasnın üzvü olan M.Külcü vəzifəsindən ayrılması barədə qərarını keçirdiyi mətbuat konfransında bəyan edib.

Məlumata görə, Türkiyə pezidenti, Ədalət və İnkişaf Partiyasnın sədri Rəcəb Tayyib Ərdoğan onun bələdiyyə sədrliyindən istefa verməsini istəyibmiş.

Qeyd edək ki, M.Külcü 1971-ci ildə Çorumda doğulub. O, 2001-ci il sentyabrın 28-də R.T.Ərdoğan tərəfinən Çorum əyaləti üzrə Ədalət və İnkişaf Partiyasının qurucu sədri təyin edilmişdi. M.Külcü 2002-ci ildə bu əyalətdən millət vəkili seçilib.

Xatırladaq ki, 2017-ci ildə İstanbul, Düzcə, Ankara və Bursa böyük şəhər bələdiyyələrinin sədrləri də R.T.Ərdoğanın istəyi ilə istefa veriblər. Onların 5-də Ədalət və İnkişaf Partiyasnın üzvləridir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300