Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə direktor rəzaləti » Ulu Yol Xəbər portalı

          Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə direktor rəzaləti 

 

 

Hər müəllimi aldığı əmək haqqından 10 manat direktora verməyə məcbur edən H.Abdullayeva, sinif rəhbərlərinə Təhsil nazirliyi tərəfindən verilən təbaşırı belə satır - bir qutu 5 manat.

Sumqayıtdakı mənbədən Bakunews.Tv-yə 9 saylı şəhər tam orta məktəblə bağlı daxil olan məlumat ilk baxışdan təhsil müəssisəsinin yeni təyin olunmuş direktoru Həqiqət Abdullayevanın ölkə qanunlarını çeynədiyi təəssüratını yaradır. Mənbənin bildirdiyinə görə şəhər Təhsil şöbəsinin müdiri Nizami Namazov tərəfindən 9 saylı tam orta məktəbə direktor olaraq yeni təyin olunmuş Həqiqət Abdullayeva təyinatının mürəkkəbi qurumamış bazar qiymətlərini də bu təhsil müəssisəsinə gətirib. Şagirlər üçün nəzərdə tutulmuş Böyük Summativ Qiymətləndirməni 2 manat civarında "qiymətləndirən” direktor bu məbləği ödəməyən şagirdə qiymət yazılmamsı tapşırığını verib. Lakin bununla da kifayətlənməyən xanım direktor məktəbdə çalışan müəllimlərin onsuzda az olan maaşına da əl qoyub. Hər müəllimi aldığı əmək haqqından 10 manat direktora verməyə məcbur edən H.Abdullayeva, sinif rəhbərlərinə Təhsil nazirliyi tərəfindən verilən təbaşırı belə satır - bir qutu 5 manat. Əslində bir müəssisədə bu qədər qanuna zidd məsələ bəsdir deyib, məlumatı bu anda bitirməkdə olardı. Lakin adam sadəcə suç makinası. Belə ki, təhsil müəssisəsinin şəratinin imkan vermədiyi halda fakultətiv fərdi məşğələlər haqqında əmr verib, həmin dərsləri yanvar ayından müəllimlər arasında bölüb. Əslində burada qeyri – adi nə isə olmazdı. Əgər Həqiqət Abdullayeva bu məsələni də pula çevirməsə idi. Məlumatı verən mənbə qeyd etdi ki, məktəb direktoru məşğələləri aparacaq müəllimlərə də konkret məbləğ müəyyən edib. Mənbə əlavə olaraq onu da qeyd etdi ki, bir müddət öncə direktor müavini vəzifəsindən qərəzli şəkildə azad edilən müəllimin yerinə Təranə adlı müəllimə təyin edilib. Hal–hazırda sabiq müavinlə Təhsil şöbəsi arasında məhkəmə çəkişməsi davam edir. Sumqayıt Təhsil şöbəsinin müdiri Nizami Namazov sabiq müavinin işinə bərpa olunmasına ciddi cəhdlərlə mane olmaqdadır. Elə buna görə də haqqında çıxarılan qərardan Appelyasiya şikayəti verəcəyi - qeyd edilir. Mənbənin "BakuNews"a verdiyi məlumata görə, Təhsil şöbəsinin müdiri yeni təyin olunmuş Təranə adlı xanımdan direktor müavini görəvi üçün 10.000 manat civarında "şirinlik” aldığı mütləq şəkildə ifadə edilməkdədir. Lakin informasiyalar bununla da bitmir. Mənbənin bildirdiyinə görə Nizami Namazovun Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri görəvindən alınması üçün artıq ərizəsi də alınıb. Bu isə Nizami Namazov tərəfindən 5000 manat alınaraq müddətli müəllim ştatına götürülən yüzlərlə müəllimin ciddi təşvişinə səbəb olub. Post –Namazov dövrü bu müəllimlərin nəinki görəvlərinn sonu, o cümlədən vermək məcburiyyətində qaldıqları 5000 manatın da...

Bizi izləyin.
Redaksiya yazıda adı çəkilən qurum və şəxslərində mövqelərini dərc etməyə hazırdır.
BakuNews.Tv

 



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300