“AAAF Park” “Azərbaycanlı çoban”a verdiyi otağı ondan alıb: “Məndən reklam üçün istifadə etdilər”-VİDEO » Ulu Yol Xəbər portalı

       "AAAF Park” "Azərbaycanlı çoban”a verdiyi otağı ondan alıb: "Məndən reklam üçün istifadə etdilər”-VİDEO

"O səs Türkiyə” mahnı yarışmasında ifası ilə böyük rezonans doğuran və "Azərbaycanlı çoban” kimi məşhurlaşan gənc ifaçı Pərvin Səfərov, həmin günlərdə "AAAF Park” tərəfindən pulsuz qalması üçün otaqla təmin olunmuşdu.

İfaçının gündəmdə olduğu günlərdə şirkət özünü reklam etmək üçün bu addımı ataraq, oteldə ona müddətsiz qalacağı otaq vermişdi. Bu xəbər bütün saytlarda, sosial şəbəkələrdə yayıldı və həmin günlərdə şirkətin yetərincə piar edilməsinə səbəb oldu. Hər kəs şirkətin bu addımını alqışladı. Amma indi məlum olub ki, ifaçı gündəmdən düşən kimi onu həmin otaqdan çıxarıblar.

Minval.İnfo-ya danışan Pərvin Səfərov deyib ki, bu xoş xəbərin üstündən çox keçməmiş "AAAF Park” onu oteldən çıxarıb:"Mənim Bakıda qalmaqla bağlı sıxıntım var idi. Onlar mənə "facebook”dan yazmışdılar ki, dəstək ola bilərik. Zəng vurdum və dedim belə bir sıxıntım var. Dedilər gəl bura, sənə kömək olaq. Rayondan Bakıya gəlib "AAAF Park”ın rəhbərliyi ilə görüşdüm və mənə dedilər ki, ürəyin nə qədər istəyir burada qala bilərsən. Hətta bildirdilər ki, peşəkar olmasalar da, otelin restoranında musiqiçilər var, onlarla da məşğul ola bilərsən. Onu da əlavə etdilər ki, bizim səninlə bağlı planlarımız var, dəstəkləyirik səni. Mən də məmnuniyyətlə təklifi qəbul elədim və qalmağa yerim olmadığı üçün əşyalarımı "AAAF Park”ın otelinə yerləşdim. Həmin günlərdə başqa bir nəfər də mənə zəng edərək, ev məsələmi həll edə biləcəyini demişdi. "AAAF Park”ın bu addımından sonra həmin şəxsə təşəkkür edib, təklifini geri çevirmişdim.

İlgili resim

 

Görüşdə mənə oteldən filan vaxtı çıxmalısan deyə vaxt qoyulmadı. Dedilər ki, ürəyin nə qədər istəyirsə, qal. Açığı, mən burada çox qala bilmirdim, gah kəndə gedirdim, gah da "O səs Türkiyə” yarışması ilə bağlı Türkiyəyə… Orada həftədə 1 və ya 2 gün qalırdım.

Ümumilikdə bəlkə "AAAF Park”ın otelində heç 20 gün qalmamışam. "O səs Türkiyə” yarışmasına getdim və 3-cü turdan keçə bilmədim, alınmadı. Mənim əsas məqsədim gəlib Bakıda təhsil almaqdır. Yarışmadan qayıdandan sonra otelə gəldim. Əvvəl burada mənim üçün ayrıca otaq verilmişdi. Lakin bu dəfə mənə belə deyək, ümumi otaqda yer verdilər. Dedilər ki, sənin qaldığın otaq başqasına verilib, müvəqqəti qal burda, sonra səni köçürərik digər otağa”.

Pərvin Səfərov deyir ki, oteldə bir-iki gündən qalandan sonra "AAAF Park” rəhbərliyi onu çağıraraq oteldən çıxmasını istəyib:"Bir-iki gün sonra müdiriyyət mənimlə görüşdü. Dedilər ki, səninlə burada qalmaq məsələni ilin sonuna kimi danışmışdıq. Burada qalmağın üçün gərək biz sənin üçün akt hazırlayaq, müqavilə imzalayaq, hər gecəsinə 80 manat pul ödəyirik. Halbuki əvvəl mənim burada ilin sonunadək qalma söhbətim olmamışdı.

aaaf park logo ile ilgili görsel sonucu

 

Danışıqlarından anladım ki, getməyimi istəyirlər. Ona görə dedim ki, "Sabahdan çıxaram”. Söhbət əgər 10-15 gün orada qalmaqdan gedirdisə, mən narahatçılıqla da olsa qohumlarda qalardım. Axı, əvvəldən mənə belə deyilməmişdi. Mənə toxunan odur ki, bəri başdan mənə desəydilər işimi bilərdim. Bu mənə çox pis təsir elədi. Məqsəd nə idi, nə etmək istəyirdilər, bilmədim. Mənim orada qalma xəbərimi sağ olsunlar, saytlar xəbər etmişdilər və bu da "AAAF Park”ın dolayı yolla reklamı demək idi. Hər kəs də bildi ki, "AAAF Park” mənə dəstək olur. Ancaq bu gün "AAFF Park” mənə deyir ki, biz səninlə müəyyən vaxta qədər – ilin sonunadək danışmışdıq. Belə çıxır ki, mən "O səs Türkiyə”də mərhələni keçə bilmədim deyə çıxardılar? Hər şeyin səbəbi reklam idi? Məndən istifadə etdilər”.

Minval.İnfo

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300