İslam dini əleyhinə çıxışları ilə tanınırdı, müsəlman oldu

 

Almaniyada İslam əleyhinə çıxışları ilə tanınan Artur Vaqner müsəlmanlığı qəbul edib.


XəbərAl.az xarici KİV-ə istinadən xəbər verir ki, 48 yaşlı rus əsilli siyasətçi dinini dəyişdiyini elan etdikdən sonra Almaniya üçün Alternativ Partiyasının (AfD) Brandenburq əyaləti üzrə sədri vəzifəsindən istefa verib.

Partiya rəhbərliyi isə Vaqnerin hansı dinə mənsub olmasından asılı olmayaraq hər zaman azad seçim edə bilməsinin doğru addım olduğunu açıqlayıb:

"Din şəxsi seçimdir. Biz konstitusiyada yer alan din azdlığını dəstəkləyirik. Amma İslamdan başqa din də seçə bilərdi”, - deyə Afd-nin sözçüsü Daniel Fris bildirib.

Qeyd edək ki, Almaniya üçün Alternativ Partiya radikal sağçı, İslam və miqrantların əleyhinə çıxışları ilə tanınır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300