Ərdoğandan sərt mesaj: Bütün dünyaya elan edirəm!

 

Kürdlərlə problemimiz yoxdur, əsas problem terror dəhlizinin yox edilməsidir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

"Afrin əməliyyatından geri addım atmayacağıq. Bunun qarşılığını ödəyəcəklər. Bu məsələdə iradəmiz ortadadır. Afrin həll olacaq. Afrindən geri çəkilməyəcəyik. Sərhədlərimiz boyunca yaradılması istənən, ərazi bütövlüyümüzə təhdid olan terror dəhlizinə ilk xəncəri "Fərat qalxanı” əməliyyatında vurduq.

Amerika bu bölgəyə 6 min TIR silah gətirib. Bütün bunlar haralara dağıdıldı? Bu terror təşkilatlarına verildi. Bu gün Suriyanın şimalında Amerikanın 20-yə yaxın bazası var.

Bütün dünyaya elan edirəm: Bizim heç kimin torpağında gözümüz yoxdur. Hamımızın gözü qarşısında Suriya torpaqlarının bir qismi üzərində bölgə xalqlarının tarixi reallıqları ilə heç bir əlaqəsi olmayan bir şey yaratmağa çalışırlar. Bu, Suriya, İraq, İran və bütün bölgəmiz üçün təhdiddir.

Amerika deyir ki, Afrin əməliyyatının müddəti bəlli olmalıdır, çox uzun çəkməməlidir. Əfqanıstanda sizin əməliyyatınızın müddəti bəlli oldumu? İraqda bitdimi bu müddət? Hələ də İraqdasınız. Nə vaxt işimiz bitsə, o zaman Suriyadan çıxacağıq”, – deyə o bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300