Ailəsinin imkansızlığı üzündən 3 yaşlı körpənin həyatı təhlükədədir: "Uşağın 48 faiz qanı var” -VİDEO, FOTOLAR

 

 

Həyatda ən çətin sınaq bir valideynin övladının sağlamlığı ilə sınanmasıdır. Bu çətin sınaq Cəlilovlar ailəsinin taleyindən də yan keçməyib. 2013-cü ildə ailə quran Qalib Cəlilovla Mehbarə Cəbrayılovanın 3 yaşlı oğlu anadangəlmə ürək qüsurludur. Problemin dəhşətli tərəfi isə odur ki, bu xəstəlik güclü müalicə ilə sağalacağı halda, ailə maddi imkansızlıqdan yeganə övladını itirmək təhlükəsi ilə üz-üzədir. Vəziyyət o qədər acınacaqlıdır ki, Əliyar Cəlilovun nəinki müalicəsini, doğru-düzgün müayinəsini belə apara bilməyiblər. Sağalması mümkün olan xəstəliyin sırf maddi problemə görə həyati təhlükəyə çevrilməsi, övladlarının gözləri önündə günü-gündən geriyə getməsi hər iki valideyni məhv edir.

Azyaşlının anası Mehbarə Cəbrayılova deyir ki, həkimlər doğulduğu gündən Əliyarın ürəyində küy olduğunu aşkarlayıblar:"Maddi imkanımız yetərli olmadığında Əliyarı bugünə qədər müalicə etdirə bilməmişik. 4 yaşına kimi ciddi həkim nəzarətində olmasa, onu itirə bilərik. Oğlumun sağlamlıq problemi bununla da bitmir. Uşağın digər xəstəliyi də ağ qanın qırmızı qana nisbətdə üstünlük təşkil etməsidir. Həkimlər deyiblər ki, uşağın 48 faiz qanı var. Gecələr narahat yatır, çox əziyyət çəkir. Gərək buna qarşı da müalicə olunsun. Sadə dillə desəm, ağ qanı qırmızı qanını yeyir. Çox ciddi xəstəlik olduğunu deyirlər və belə davam etsə onu itirə bilərik. Həkimlərin rəyinə görə, uşaq güclü müalicə alsa sağalacaq. 4 yaşına az qalıb, çox qorxuruq...”

Qeyd edək ki, Cəlilovlar ailəsi evsiz-eşiksizdir. Abşeron rayonu, Qobu qəsəbəsində kirayədə yaşayan ailəni Qabil Cəlilov fəhləlik etməklə dolandırır. Günlərlə, bəzən həftələrlə işsiz qalan ailə başçısının gücü yalnız gündəlik çörəyə və ərzaq ehtiyacına çatdır. Bu səbəbdən övladını müalicə etdirə bilmir.

Anası deyir ki, imkan olarsa, Əliyar hər ay həkim müayinəsinə aparılmalı, vaxtaşırı müalicə kursu keçməlidir:"Əliyar 2014-cü ildə anadan olub. Elə doğulduğu ildə həkimlər uşağın ürəyində küy olduğunu dedilər. Bizə izah etdilər ki, ürəkdə küy olması iynə ucu qədər kiçik bir yırtıq olması deməkdir. O zaman vaxt qoydular ki, uşaq 4 yaşına kimi müalicə olunlalıdır. Əgər zamanında müalicə aparılmasa vəziyyəti ağırlaşa bilər. Bu zaman məcburən əməliyyata girməli olacaq. Müayinə üçün bahalı tibbi avadanlıqlardan keçirilməlidir. Hər ay gərək müalicəyə aparaq, ancaq 6 aydır ki, apara bilməmişəm. Yoldaşımın normal işi də yoxdur. Fəhlə işləyir, gündəlik çörəkpulunu birtəhər qazanır. Hər gün fəhlə bazarına gedir. Elə gün olur ki, əliboş qayıdır. Kirayədə yaşasam da, çətinliklə dolansam da, bunlara dözərəm. Ancaq balamın bu vəziyyətinə tab gətirə bilmirəm. Həyatda ən böyük arzum oğlumun sağalmasıdır. İmkanlı şəxslərdən, xeyirxah insanlardan bu günahsız körpəmin sağalmasına, müalicəsinə yardım etmələrini xahiş edirəm. Xeyirxah həkimlərimizə üz tutub, bu dərdli ananın fəryadını eşitmələrini və əllərindən gələn köməkliyi göstərmələrini xahiş edirəm, yalvarıram”.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
Məğrur Mərd, musavat.com



MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300