Şəhidlər Xiyabanında dəfn olunmayan 20 yanvar şəhidi (VİDEO)

Bir oğul doğuldu… 1958-ci ilin həzin aprel günündə. Adımız xasiyyətimizdir deyirlər. Bəlkə də elə ona görə Səxavət adı verdilər ona. Böyüdüyü zaman ailəsinə, dostlarına, vətəninə səxavətli oğul olsun. Elə də oldu… bütün əhatəsi onu hər zaman ayrı tuturdu, ayrı sevirdi, hörmət bəsləyirdi… Çünki bam-bamşqa idi Səxavət… onu ayrıan, xüsusiləşdirən xasiyyəti vardı.

 

Sürücü kimi çalışan Səxavət həm də istedadlı klarnet ifaçısı idi. Ailə ansamblı ilə 3 qardaş digah kənd toylarında iştirak edirdilər. Ancaq evləndikdən sonra artıq bu sənətdən birdəfəlik uzaqlaşdı.Həyat yoldaşı Şəhla xanımla isə dövrün adətinə görə anasının seçimiylə evlənmişdi. Ancaq bir birlərini tanıdıqdan sonra həyat yoldaşı, ömür yoldaşı olacaqlarına, sadiq olacaqlarına and içmişdilər. Səadət sarayında "Yaxşı gündə, pis gündə” bərabərliyə söz vermişdilər… Ta ki o xain gəcə bütün arzuları yarım qoyana qədər…

 

Hər yeri dolaşırdı bu xəbər, hər kəs çağırılırdı. Ölkəmizə qoşunlar gələcəy, qarşısını alaq xəbərinə laqeid qala bilmədi. Getmə vəziyyət qorxuludur sözünə "məgər kişi deyilik biz?” dedi qəhəmancasına. Bəli… O gecə hər kəsi şəhidliyə aparan də məhz o söz idi.

 

Səxavətini aldı o gecə ondan, Səxavət kimi 1000-lərlə oğullar vaxtsız getdi dünyadan… qapı qapı, küçə- küçə dolaşdı qara xəbər…. Hamı küçələrə axışdı, övladını axtaran kim, atasını axtaran kim, həyat yoldaşını axtaran kim…

 

Bütün azərbaycan qara geydi o sabah… ağı dedi qız gəlinlər … Bundan böyük dərd olarmı… Bir gecədə iki körpəsinin Səxavətli atasını aldılar ondan….

 

İnsan yönəlməsi, insan üstündə sınaqdan keçirilməsi qadağan olunmuş güllələri işlətdilər günahsız insanların üstündə… Nə idi onların günahı… Azadlıq eşqi ilə, vətən eşqi ilə alışıb yanan ürəlkərinin atəşində qovruldular…

 

Doğulduğu, böyüdüyü dogma Digah kənd qəbristanlığında dəfn etdilər, abidəsini ucaltdılar. Bütün kəndin ən müqəddəs ziyarətgahına çevrildi bu məzar…( qəbrindən görüntülər)

 

Tək orda ucalmadı abidəsi… İşlədiyi qaraşda heykəlini ucaltdılar. Ata istiliyinə, ata qayğısına doymadan, ata nəvazişinə doymadan onu torpağa verən qəhrəman övladı kiçik əlləri ilə heykəlini açdı. Atasının məzarına, hekəlinə qəlbindəki üsyanların səssiz fəryadı olan qərənfilləri qoydu… Nə hiss etdiyini, 5 yaşında nəlrlə savaşdığını düyümlənmiş qaşları kimi düyünlədi qəlbində….

 

Övlad sevgisi bir başqa idi onda. Bütün düya bir tərəfə, övladları br tərəfə… Ancag onları xoş gününü görmək nəsib olmadı. Nə heydərin, Nə Günelin… Övladının kiçik toyunu belə görə bilmədi… Yarım qaldı arzuları…

 

Digah kənd orta məktəbi də Səxavət Məmmədovun adını daşıyır. Orda yetişən, təhsil alan bütün övladlar onu örnək alsın deye, ona bənzəsin deyə…

 

Şəhla xanım fəxr edir Şəhid xanımı olduğu üçün… Həyat yoldaşı vətən uğurunda, Azərbaycan uğurnda, müstəqillik uğurunda şəhid olduğu üçün fəxr edir…

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300