Şəhidimizin mesajı-"Allah bizə Şəhidliyi layiq bilsin İnşaallah"- FOTOLAR » Ulu Yol Xəbər portalı

               Şəhidimizin mesajı-"Allah bizə Şəhidliyi layiq bilsin İnşaallah"- FOTOLAR

Ermənistan silahlı qüvvələrinin atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub.

Şəhid Mənəfov İbrahim Möhsüm oğlu 1995-ci il martın 31-də Neftçala rayonunda anadan olub.Neftçala rayon N.Gənvəvi adına 3 saylı orta məktəbindən məzun olub, Aviasiya Akademiyasına qəbul olmuşdu. Şəhidimiz sosial şəbəkə hesablarında belə bir aylaşım etmişdi:"Müharibə qaçılmazdır.Hər bir Azərbaycan vətəndaşınında borcudur...Bu borcu özümə Qarabağı eşidəndən bilmişəm və borcumu mütləq qaytarmalıyam.Allah bizi Şəhidliyə Layiq bilsin İnşaallah". Digər bir paylaşımında isə,"Başımız sağ olsun.Allah Şəhidlərimə rəhmət , düşmənlərimizə lənət eləsin.Amin!”.
Rahim İmanov adlı şəxsin şəkli.Ibrahim Manafov adlı şəxsin şəkli.
Uluyol.az-ın Neftçalaya ezam olunan əməkdaşı bildirir ki, gecə saatları olmasına baxmayaraq, şəhidin ata yurduna maşın karvanları gəlməkdədir. Artıq yas mərasimin keçirilməsi üçün avadanlıqlar qurulur. Şəhidin ailəsindən qardaşı ilə rastlaşırıq.Öyrənirik ki, 15 gündür ki, hərbi xidmətdən qayıdıb. Yaşadığı hissləri nəzərə alıb heç nə sual edə bilmədik. Saat 00:44 şəhidimizin yolunu gözləyən insanlar artıq Mərkəzi Cümə məscidinə tərəf üz tuturlar. Şəhidimiz nəşi səhər saatlarına Neftçala rayonuna çatacağı deyilir.
    Şəhid Mənəfov İbrahim Möhsüm oğlu sabah (20 yanvar)  Neftçala rayonu Bankə qəbiristanlığında dəfn olunacaq. Dəfn saatı dəqiqləşdikdə məlumat verəcik.

    Uluyol.az kollektivi Bütöv Azərbaycan amalı ilə yaşayan insanlara başsağlığı verir, səbr diləyir.İlahi ədalət deyilən bu olsun, gərək. 31 mart-Dünya Azərbaycanlılarının soyqırımı günü dünyaya gəldi, 19-20 Yanvar gəldiyi dünyadan Şəhidlik məqamı ilə xudahafizləşdi.
    Qurani- Kərimdə Bəqərə surəsinin 154-cü ayəsində deyilir: "Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz".
                    Şəhidimizin ata yurdundan və kollektivimizin topladığı fotoları təqdim edirik:


 İstiqlal adlı şəxsin şəkli.
 
 Ibrahim Manafov adlı şəxsin şəkli.Ibrahim Manafov adlı şəxsin şəkli.Babak Mammadov adlı şəxsin şəkli.
 

Ibrahim Manafov adlı şəxsin şəkli.Ibrahim Manafov adlı şəxsin şəkli.Ibrahim Manafov adlı şəxsin şəkli.Ibrahim Manafov adlı şəxsin şəkli.Ibrahim Manafov adlı şəxsin şəkli.Ibrahim Manafov adlı şəxsin şəkli.Ibrahim Manafov adlı şəxsin şəkli.Ibrahim Manafov adlı şəxsin şəkli.Ibrahim Manafov adlı şəxsin şəkli.Natiq Maharramli adlı şəxsin şəkli.Rahim İmanov adlı şəxsin şəkli.Şəhid əsgərimizin - FotolarıGunel Elesgerli adlı şəxsin şəkli.Uluyol.azEmil B. Memmedov adlı şəxsin şəkli.Afiq Hesimov adlı şəxsin şəkli.Şəhid əsgərimizin - FotolarıŞəhid əsgərimizin - Fotoları
ULUYOL.AZ

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300